Məzmuna keçin
Azerconnect Group yerləşdirilib

IT Senior System Administrator

Şəhər
Bakı

Vakansiya haqqında

İT Sistem üzrə Aparıcı Administrator

Funksiya: İnformasiya Texnologiyaları İdarəsi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Sizin əsas vəzifə öhdəlikləriniz:

Azerconnect İT sistemlərini (Unix, Linux) idarə etmək;

İT əməliyyatları strategiyasını dəstəkləmək;

İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq;

Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;

Əvvəlcədən tədbirlər görməklə nöqsanları təxmin etmək və aradan qaldırmaq;

Azerconnect İT sistemlərini 1 və 2-ci səviyyəli yardımla təmin etmək;

Xidmət səviyyəsi barədə müqavilələrə və müştərilərin gözləntilərinə əsasən vacib missiya mühitlərinin yüksək keyfiyyətlə idarə olunan yardım xidmətləri ilə təmin edilməsinin idarə olunmasına görə məsuliyyət daşımaq;

Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;

Proses və siyasətlərin formalaşdırılmasını, komandaların onlara əməl etməsini təmin etmək: ITIL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Xidmət panelinin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Əməliyyatlara nəzarət və fəaliyyət barədə hesabat;

Proseslərin ardıcıl şəkildə icrasının və davamlı inkişafının təmin edilməsinə görə məsuliyyət daşımaq;

Standart fəaliyyət prosedurlarına əsasən kənar satıcı və provayderlər arasındakı münasibətləri, müqavilələri və xidmətləri idarə etmək;

2-ci dərəcəli nəzarətli yardım xidmətlərini müvəffəqiyyətlə həyata keçirmək və 3-cü dərəcəli yardım xidmətini böyük mühəndislər komandası ilə əlaqələndirmək;

Müştərilərin hesabat prosesini idarə etmək və istifadə etmək;

Fəaliyyətin səmərəliliyini və layihələri müzakirə etmək üçün HOU Sistemləri Administrasiyası ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;

Hadisələr və ya nöqsanlar barədə HOU Sistemləri Administrasiyasına və/və ya HOU Müəssisə Xidmətləri Əməliyyatlarına müraciət etmək;

Əvvəlcədən tədbirlər görməklə Azerconnect İT Backup sistemlərinin fəaliyyət statusunu dəstəkləmək və gücləndirmək;

İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;

AZRC İT siyasətlərinə tam əməl etmək;

İT Təhlükəsizlik siyasətləri və göstərişlərinə əməl etmək;

Azerconnectin dəyişikliklərin idarə edilməsi göstərişlərinə tam əməl etmək;

Azerconnectin bütün inzibati tələblərinə tam əməl etmək;

Müdiriyyət tərəfindən tapşırılan vəzifə ilə əlaqədar tapşırıqları yerinə yetirmək;

Daxili tənzimləmə və prosedurları nəzərə almaq və onlara əməl etmək.

Tələblər

  • Ali təhsil
  • Red Hat Certified (RHCSA , RHCE) sertifikatlarına sahib olmaq tövsiyə olunur
  • IT sahəsində ən azı 2+ il iş təcrübəsi
  • İngillis, Rus, Azərbaycan dillərində yaxşı oxumaq, yazmaq və danışmaq bacarığı
  • Bachelor degree
  • Red Hat Certified (RHCSA , RHCE) recommended
  • At Least 2 years in IT system administration
  • English , Russian and Azeri ‑ Good knowledge , reading , writing and speaking

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →