Gömrük Bəyannaməçisi

13 Oktyabr 2026
₼1035 - ₼1120

İşin təsviri

Vəzifə Öhdəlikləri:

· Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemə daxil edilməsi;

· İdxal və ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;

· Gömrük sənədlərinin düzgünlüyünün yoxlanılması və tələb olunan sənədlərin hazırlanması;

· Gömrük orqanları ilə yazışmaların və zəruri prosedurların həyata keçirilməsi;

· Gömrük qanunvericiliyinə və mövcud prosedurlara uyğun olaraq sənədləşmənin aparılması;

· İş prosesində yaranan məsələlərin araşdırılması və həllinin təmin olunması.

İş şəraiti:

· Əmək haqqı: 1035-1120 AZN

· Əmək haqqının məbləği namizədin iş təcrübəsi və peşəkar biliklərinə əsasən müəyyən edilir;

· Peşəkar inkişaf və karyera imkanları.

Tələblər

· Gömrük rəsmiləşdirilməsi və bəyannamələrin hazırlanması sahəsində iş təcrübəsi;

· Gömrük qanunvericiliyi və rəsmiləşdirmə prosedurları barədə məlumatlılıq;

· Bəyannamələrin hazırlanması və təqdim edilməsi üzrə praktiki biliklər;

· MS Office proqramlarında işləmək bacarığı;

· Diqqətli, məsuliyyətli və operativ işləmək bacarığı;

· Sənədlərlə işləmə və analitik düşünmə qabiliyyəti.