Rəqəmsal həllər üzrə təcrübəçi

İşin təsviri

Cybersecurityfocused .NET development istiqaməti üzrə

• .NET (C#, ASP.NET Core) əsaslı backend xidmətlərinin və API-lərin hazırlanmasında iştirak

• Mövcud kod bazasının təkmilləşdirilməsi və yeni funksionallıqların əlavə olunmasına dəstək

• Autentifikasiya, avtorizasiya və məlumatların şifrələnməsi proseslərinin tətbiqində iştirak

• Secure coding prinsiplərinə uyğun inkişaf və OWASP zəifliklərinin aradan qaldırılmasına dəstək

• Unit və inteqrasiya testlərinin yazılması, loglama və monitorinq mexanizmlərinin tətbiqi

• Sistem performansının optimallaşdırılması və CI/CD proseslərində iştirak

• Texniki sənədləşdirmənin hazırlanmasına dəstək

QA testing istiqaməti üzrə

• Web və mobil tətbiqlərin manual testlərinin aparılması (funksional, reqressiya, smoke)

• Test keyslərin hazırlanması və idarə olunması (QASE.io)

• Aşkar edilən xətaların qeydiyyatı və izlənməsi (JIRA)

• API testlərinin Postman/Swagger vasitəsilə icrasında iştirak

• Selenium və Appium ilə test avtomatlaşdırılmasının öyrənilməsi və tətbiqinə dəstək

• Test nəticələri üzrə hesabatların hazırlanması və SDLC/STLC proseslərində iştirak

Database administration istiqaməti üzrə

• Verilənlər bazası serverlərinin (Oracle, MSSQL, PostgreSQL və s.) gündəlik monitorinqində iştirak

• Sistem loglarının izlənməsi və potensial xətaların müəyyənləşdirilməsinə dəstək

• Backup proseslərinin izlənməsi və test mühitində restore əməliyyatlarında iştirak

• Sadə SQL sorğularının yazılması və optimallaşdırılmasına dəstək

• İstifadəçi icazələrinin idarə olunması və disk istifadəsi üzrə hesabatların hazırlanması

• Texniki problemlərin və həll yollarının sənədləşdirilməsi

Tələblər

Cybersecurityfocused .NET development istiqaməti üzrə

• İnformatika, Kompüter və ya Proqram Mühəndisliyi üzrə təhsil

• C# və .NET / ASP.NET Core üzrə fundamental biliklər

• REST API, HTTP və SQL üzrə əsas anlayış

• Git ilə işləmək bacarığı

• OOP, SOLID və unit test prinsipləri haqqında bilik

• İnformasiya təhlükəsizliyi və kriptoqrafiya üzrə baza anlayış

• Texniki sənədlərlə işləmək üçün kifayət edən İngilis dili

• Microservices, Docker, Redis və message broker-lər üzrə ilkin biliklər üstünlükdür

• OWASP Top 10 və secure coding təcrübəsi üstünlükdür

• CI/CD alətləri və cloud mühitləri ilə tanışlıq üstünlükdür

QA testing istiqaməti üzrə

• İnformasiya texnologiyaları, Kompüter və ya Proqram Mühəndisliyi üzrə təhsil

• QA əsasları üzrə baza biliklər (manual testing, test növləri)

• HTML/CSS üzrə ilkin anlayış

• Komanda ilə işləmə və vaxt idarəetmə bacarığı

• Məsuliyyətli və detallara diqqətli yanaşma

• Python və ya Java üzrə ilkin biliklər üstünlükdür

• Postman / Swagger ilə tanışlıq üstünlükdür

• Git əsas əmrləri üzrə bilik üstünlükdür

• QA kursu və ya sertifikatı üstünlükdür

Database administration istiqaməti üzrə

• İnformatika və ya Kompüter mühəndisliyi üzrə təhsil

• RDBMS və SQL üzrə fundamental biliklər

• Linux əsas əmrləri ilə işləmək bacarığı

• Texniki sənədlərlə işləmək üçün kifayət edən İngilis dili

• Analitik düşüncə və problemləri həll etmə bacarığı

• Detallara diqqət və komanda ilə işləmə bacarığı