Məzmuna keçin
Baku Steel Company yerləşdirilib

Gömrük əməliyyatları üzrə kiçik mütəxəssis/ mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İdxal və ixrac yüklərinə aid sənədləri gömrük rəsmiləşdirilməsindən əvvəl yoxlamaq;

İnvoys, “packing list”, CMR, konosament və digər müşayiətedici sənədlər arasındakı məlumatların uyğunluğunu təmin etmək;

Qısa idxal və elektron gömrük bəyannamələrinin hazırlanmasını və təqdim edilməsini təşkil etmək;

Gömrük dəyərinin, gömrük ödənişlərinin və vergilərin hesablanmasında iştirak etmək;

Elektron gömrük xidmətləri vasitəsilə rəsmiləşdirmə əməliyyatlarını həyata keçirmək;

Gömrük orqanlarının sorğu və tələblərinin vaxtında icrasını təmin etmək;

Gömrük rəsmiləşdirilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək;

Yüklərin sərhəd-keçid məntəqəsindən keçidini və rəsmiləşdirilmə prosesini izləmək;

Sürücülər, daşıyıcılar, gömrük nümayəndələri və aidiyyəti struktur bölmələrlə operativ əlaqə saxlamaq;

Tələblər

  • Ali təhsil: Gömrük işi, logistika, nəqliyyat, iqtisadiyyat
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Gömrük prosedurları və idxal-ixrac əməliyyatları üzrə biliklər
  • Elektron gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə
  • İnvoys, “packing list”, CMR, konosament və digər yük sənədləri ilə işləmək bacarığı
  • Gömrük ödənişlərinin, vergilərin və gömrük dəyərinin hesablanması barədə biliklər
  • Microsoft Excel, 1C və elektron gömrük xidmətlərindən istifadə bacarığı
  • Azərbaycan dilini səlis, rus dilini orta və ya yaxşı səviyyədə bilmək
  • Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativ kommunikasiya bacarığı

Üstünlük hesab olunur

  • Beynəlxalq ticarət və ya əlaqəli ixtisas üzrə təhsil üstünlükdür
  • İngilis dilini orta səviyyədə bilmək üstünlükdür
  • Gömrük işi və idxal-ixrac əməliyyatları üzrə sertifikatların olması üstünlükdür
  • İş prosesində gömrük məntəqələrinə və terminallara operativ səfərlər tələb olunduğundan şəxsi avtomobilinin olması üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →