Logistika üzrə Mütəxəssis/ Aparıcı Mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
İşin qısa təsviri
Logistika üzrə mütəxəssis/aparıcı mütəxəssis xarici daşımalar (idxal/ixrac) üzrə tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və logistika prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq;
Əsas vəzifə və məsuliyyətlər
Beynəlxalq idxal/ixrac (multimodal) və ölkədaxili daşımaların təşkil edilməsi və marşrutların optimallaşdırılması;
Optimal logistika dəyərinin müəyyən edilməsi və rəqabətli nəqliyyat qiymətlərinin alınması;
Məhsulların təhlükəsiz və vaxtında daşınması, anbara təhvilinin təmin edilməsi;
SAP (ERP) sistemində sifariş və logistika məlumatlarının qeydiyyatı;
Yükün çatdırılması prosesinin izlənilməsi və statusun mütəmadi yenilənməsi;
Logistika planının hazırlanması və təkmilləşdirmə istiqamətləri üzrə iş;
Yerli və beynəlxalq idxal/ixrac qanunvericiliyinə uyğun əməliyyatlar;
Daşıyıcı və logistika şirkətləri ilə xidmət müqavilələrinin bağlanması və danışıqların aparılması;
Logistika sənədlərinin (Invoice, Pack list, CoO, CMR, müqavilələr və s.) yoxlanması, uyğunluğun təmin edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
Tələblər
- Ali (Texniki, İqtisadiyyat, Avtonəqliyyat və s.)
- Minimum 3–5 il logistika və idxal/ixrac sahəsində iş təcrübəsi
- Azərbaycan, İngilis və Rus dilləri (yazılı və şifahi)
- MS Office (xüsusilə Excel), SAP/ERP bilikləri
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Stresə davamlılıq və çevik qərar qəbuletmə
- Yaxşı kommunikasiya və komanda ilə işləmə qabiliyyəti
- Məsuliyyətli və nəticə yönümlü yanaşma
Üstünlük hesab olunur
- Logistika və beynəlxalq daşımalar üzrə sertifikatlar arzuolunandır
Oxşar elanlar
- Təminat şöbəsinin müdir müaviniAzerbaijan Energy Regulatory Agency · Dünən
- Anbardar köməkçisiRadius MMC · Dünən
- Avtomobil logistika meneceriGroup Motors · Dünən
- SürücüAEM Elektron · 4 gün əvvəl
- Satınalma üzrə mütəxəssis (qeyri - istehsalat)Mətanət A Şirkətlər Qrupu · 4 gün əvvəl
- Satınalma üzrə baş mütəxəssisTitan Group · 4 gün əvvəl