Vakansiya haqqında
Əsas vəzifələr
İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlaşdırmaq və idarə etmək;
Layihələrin əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək;
Layihələrin büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək;
Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında koordinasiyanı təmin etmək;
Layihə üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
Layihə risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək;
Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına nəzarət etmək;
İT siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək;
Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim etmək;
Rəhbərlik tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil
- Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi
- İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə
- Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə təcrübə
- Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik
- MS Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı
- Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı
- İT siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında anlayış
- Güclü liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları
- Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı
- Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar vermək bacarığı
- Texniki və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı
- Azərbaycan dili – sərbəst
- İngilis dili – əla
Üstünlük hesab olunur
- ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik arzuolunandır
Oxşar elanlar
- Müqavilələr şöbəsi üzrə mütəxəssisPASHA Insurance · Dünən
- AuditFalcon Finance · Dünən
- Kredit mütəxəssisi - aparıcı / başInternational BOKT · Dünən
- Risklərin İdarə Olunması və Daxili Nəzarət üzrə Aparıcı / Baş MütəxəssisPMD Group MMC · 3 gün əvvəl
- Vergi üzrə baş mütəxəssisFacility Management Group · 3 gün əvvəl
- HR mütəxəssisAzeriMed QSC · 3 gün əvvəl