Topoqraf

22 İyul 2026
1500 - 1800
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Cəmiyyətdə müxtəlif miqyaslı topoqrafik xəritələrin və planların tərtibatı və yenilənməsi üzrə sahə (çöl) və kameral işləri həyata keçirmək;
  • Topoqrafik xəritələr və planlar əsasında müxtəlif miqyaslı xəritələrin tərtibatı işlərini yerinə yetirmək;
  • Relyef, obyektlərin yerləşməsi və digər coğrafi xüsusiyyətlər üzrə ərazilərin topoqrafik tədqiqatını yerinə yetirmək;
  • Ərazi üzərində geodeziya cihazları vasitəsilə ölçmə işlərini aparmaq və nəticələri sənədləşdirmək;
  • Xəritə və planların nəşrə hazırlanması çərçivəsində cizgi və qaydaya salma işlərini həyata keçirmək;
  • Çöl işlərinin nəticələrinə əsasən plan və xəritələrin tərtibində, onların rəqəmsal formada işlənməsində iştirak etmək;
  • Müasir topoqrafik avadanlıqlardan (GPS, total stansiya, səviyyəölçən və s.) istifadə edərək yüksək dəqiqlikli ölçmələri həyata keçirmək;
  • İstifadə olunan cihaz və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və düzgün işləməsini təmin etmək;
  • Yerli və beynəlxalq norma və standartlara uyğun topoqrafik məlumatların emalını və analizini həyata keçirmək;
  • Tərtib edilmiş xəritə və planların texniki cizgilərə uyğunluğunu yoxlamaq və keyfiyyətini təmin etmək;
  • Topoqrafik məlumatların arxivləşdirilməsi, saxlanması və ehtiyac olduqda yenilənməsini həyata keçirmək;
  • Tikinti və layihələndirmə işlərində layihənin topoqrafik əsaslarının hazırlanmasında iştirak etmək;
  • Ərazi planlaşdırılması, infrastruktur layihələri və digər mühəndis-geodeziya işlərində iştirak etmək;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Mütləqdir)
  • Topoqrafiya, geodeziya və xəritəçəkmə sahəsində minimum 3 il iş təcrübəsi.
  • Geodeziya cihazları ilə (GPS, Total Station, Nivelir və s.) işləmək bacarığı.
  • AutoCAD, Civil 3D və digər aidiyyəti proqramlarda işləmə bacarığı.
  • Topoqrafik planların hazırlanması və oxunması üzrə biliklər.
  • Ölçmə nəticələrinin emalı və hesabatların hazırlanması bacarığı.
  • Tikinti və layihələndirmə sahəsində normativ sənədlər haqqında məlumatlılıq.
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
  • Komandada və müstəqil işləmək bacarığı

İş şəraiti:

  • İş yeri: Xəzər r., Qala qəsəbəsi
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1500 – 1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf” qeyd etməklə hr@capitalconstruction.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.