Məzmuna keçin
Caspident yerləşdirilib

Satış Təmsilçisi

Şəhər
Bakı

Vakansiya haqqında

İş haqqında məlumat:

Şirkətin tibbi məhsul və avadanlıqlarının satışını təmin etmək;

Müəyyən olunmuş satış planı və hədəflərinə uyğun olaraq fəaliyyət göstərmək;

Yeni müştərilərin cəlb olunması və mövcud müştəri portfelinin idarə olunması;

Tibb müəssisələrinə (xəstəxanalar, klinikalar, və s.) məhsulların təqdimatı və satışının təşkili;

Ərazidə müntəzəm şəkildə müştəri ziyarətləri həyata keçirmək;

Satışa təqdim olunan məhsullar və avadanlıqlar haqqında ətraflı və dəqiq məlumata malik olmaq;

Müştərilərə məhsulun funksiyaları, istifadəsi, üstünlükləri barədə məlumat vermək və onları maarifləndirmək;

Ziyarət edilmiş müştərilər, əldə olunan sifarişlər və gələcək planlar haqqında sənədləşmənin aparılması;

Müştərinin tələbatına uyğun məhsul təqdimatı etmək;

Seçilmiş məhsul haqqında müştəriyə tam və ətraflı məlumat vermək;

İş şərtləri:

Həftədə 5 iş günü, 2 gün istirahət;

İş yeri: Bakı şəhəri

Əmək haqqı: fix maaş 1000 Azn+2%

Avtomobillə təmin olunacaq

Tələblərə cavab verdiyiniz təqdirdə CV-lərinizi “Satış təmsilçisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Ali və ya orta ixtisas təhsilli olmalı
  • Komandada işləmək bacarığı olmalı
  • Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1 ilə qədər iş təcrübəsi olmalı
  • Yaş məhdudiyyəti 22-35

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →