Məzmuna keçin
Decoliv yerləşdirilib

SƏTƏM Bölmə müdiri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Müəssisədə SƏTƏM fəaliyyətini təşkil etmək, idarə etmək və əlaqələndirmək

Müəssisənin mağazaları, anbar və logistika obyektlərində SƏTƏM tələblərinin icrasına nəzarət etmək

Azərbaycan Respublikasının SƏTƏM üzrə qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;

SƏTƏM risklərini qiymətləndirmək, risklərin azaldılması üzrə tədbirləri hazırlamaq və icrasına nəzarət etmək

Müntəzəm SƏTƏM yoxlamalarının və daxili auditləri təşkil etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək

Bədbəxt hadisə, insident və qəza hallarının araşdırılmasını təşkil etmək, səbəblərin təhlili və qabaqlayıcı tədbirləri hazırlamaq;

İşçiləri SƏTƏM üzrə təlimatlandırmaq, biliklərini yoxlamaq və təlim prosesini koordinasiya etmək;

Yanğın təhlükəsizliyi, təxliyə, elektrik təhlükəsizliyi, iş yerlərinin təhlükəsizliyi və sanitar-gigiyenik vəziyyətə nəzarət etmək;

Pərakəndə satış mağazalarında müştəri və əməkdaşların təhlükəsizliyinin təmin olunması üzrə tədbirləri təşkil etmək;

Mağaza və anbarlarda rəf sistemləri, avadanlıqlar, yükləmə-boşaltma və digər əməliyyatlarla bağlı riskləri idarə etmək;

Podratçı və üçüncü tərəflərin SƏTƏM tələblərinə uyğun fəaliyyətinə nəzarət etmək;

Dövlət qurumları tərəfindən keçirilən yoxlamaların koordinasiyası, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət etmək

SƏTƏM üzrə statistik məlumatların, aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;

SƏTƏM üzrə illik fəaliyyət və təlim planlarını hazırlamaq

SƏTƏM komandasının fəaliyyətini idarə etmək və əməkdaşlar arasında iş bölgüsünü aparmaq;

Müəssisədə SƏTƏM mədəniyyətini inkişaf etdirmək və təhlükəsiz iş mühitini formalaşdırmaq;

Müəssisə rəhbərinin və funksional rəhbərin tapşırıqlarını icra etmək və görülmüş işlər barədə birbaşa hesabat vermək.

FHN və digər qurumlar tərəfindən açılmış yoxlamaları izləmək, yoxlamaya hazırlıq prosesinə nəzarət və müxtəlif Dövlət qurumlarında şirkəti rəsmi olaraq təmsil etmək.

Tələblər

  • Ali təhsil (Texniki sahə üzrə)
  • Retail sahəsində 3-5 il iş təcrübəsi
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
  • Nahar və servis ilə təmin edilmə
  • Korporativ mobil nömrə

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →