Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam smeta sənədlərini hazırlamaq;
Tikinti layihələri üzrə görüləcək işlərin həcmini və smeta dəyərini hesablamaq;
Layihə, texniki spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək və müvafiq düzəlişləri təklif etmək;
Tikinti-quraşdırma, təmir və digər tikinti işlərinin qiymətləndirilməsində iştirak etmək;
Smeta hesablamalarını mövcud bazar qiymətləri, material və işçilik xərcləri əsasında aparmaq;
Tikinti sahələrindən daxil olan texniki hesabatları və görülmüş işlərin həcmlərini yoxlamaq;
Layihələr üzrə material və iş həcmlərinin hesablanmasını və texniki sənədləşdirilməsini təmin etmək;
Smeta və texniki sənədlərlə bağlı müvafiq hesabatları hazırlamaq.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Sabah City;
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
- Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması sahəsində təcrübə
- İnşaat norma və qaydaları, texniki standartlar və tikinti materialları üzrə biliklər
- MS Office (xüsusilə Excel və Word) və AutoCAD proqramlarını yüksək səviyyədə bilmək
- Yüksək analitik və riyazi hesablama bacarıqları
- Layihə çertyojlarını oxumaq və təhlil etmək bacarığı
- Müasir və innovativ iş standartlarına uyğun işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq
Oxşar elanlar
- Elektrik mühəndisiFacility Management Group · Bu gün
- Data analitikFerrum Kapital · Bu gün
- Süni intellekt üzrə aparıcı/baş mühəndisİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · Bu gün
- Aparıcı/Baş iOS mühəndisiAFB Bank · Dünən
- Senior System AdministratorMətanət A Şirkətlər Qrupu · Dünən
- Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisiBank Respublika · Dünən