Məzmuna keçin
Ferrum Kapital yerləşdirilib

Data analitik

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Data Analitik vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Tələblər

  • Müxtəlif mənbələrdən məlumatların əldə edilməsi, toplanması və emalı
  • Məlumatların təmizlənməsi, strukturlaşdırılması və təhlilə hazırlanması
  • SQL vasitəsilə məlumat bazalarından zəruri məlumatların əldə edilməsi və sorğuların hazırlanması
  • Microsoft Excel və Python vasitəsilə məlumatların emalı və təhlilinin aparılması
  • Təkrarlanan hesabatların və məlumat yükləmə proseslərinin Python və PL/SQL vasitəsilə avtomatlaşdırılması
  • Power BI vasitəsilə hesabatların və interaktiv dashboard-ların hazırlanması
  • Məlumat modellərinin qurulması və DAX ifadələrindən istifadə etməklə analitik göstəricilərin hesablanması
  • Məlumatlar üzrə tendensiyaların, qanunauyğunluqların və mümkün problemlərin müəyyən edilməsi
  • Analitik nəticələrin şərh edilməsi və biznes proseslərinin qiymətləndirilməsi
  • Biznes ehtiyaclarına uyğun hesabatların hazırlanması və müvafiq məlumatların təqdim edilməsi
  • Rəhbərliyin və aidiyyəti struktur bölmələrin qərarvermə prosesini dəstəkləyən analitik məlumatların təqdim olunması
  • Analitik düşünmə və problemləri təhlil edərək həll etmə bacarığı
  • Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi
  • Diqqətlilik və detallara yüksək həssaslıq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →