Oxşar aktiv elanlar
- Mühasib köməkçisiOlivia Beauty & Care · 26 oktyabr 2026
- Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı ProqramıVision Academy · 26 oktyabr 2026
- Mühasib köməkçisi/Olivia (Beauty and care)Kontakt Home · 23 oktyabr 2026
- Aparıcı mühasibAzera Holding · 23 oktyabr 2026
- Aparıcı MühasibMazarina Trade Company · 20 oktyabr 2026
- Mühasib (Saatlı)Kristal · 26 oktyabr 2026
Vakansiya haqqında
Müəssisənin maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək
Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərini diqqətdə saxlamaq
Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını araşdırmaq
Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
Pul vəsaitlərinin hərəkəti, xarici köçürmələrdebitor və kreditor borclarını nəzarətdə saxlamaq
Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;
Namizədə dair tələblər:
- Yaş: 35-55
- Minimum 5 il iş stajı
- İstehsalat təcrübəsi mütləqdir
- Baş mühasib kimi təcrübə
- Ali təhsil (Maliyyə sahəsində)
- Azərbaycan Respublikası Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli
- Azərbaycan Respublikasının qanunvericilik aktlarını bilməli
- PMS sertifikatlarının olması üstünlükdür
- MS Excel, MS Word, MS Outlook (əla)
- 1C 8.3 proqramı yüksək səviyyədə bilmək
- custom.gov.az portalında işləmə bacarığı.
- Müxtəlif bankların internet bankın sistemində bank əməliyyatlarını icra etmə bacarığı
- Mənfəət ,Gəlir, ÖMV,Vahid,Ədv 18% ,Ədv 0% (Sertifikat və Fəaliyyət növünə görə.) hesabatlarını verməyi bacarmalı
İş şəraiti:
- Vakansiya növü: Tam ştat
- 6 günlük iş həftəsi
- Şənbə qısa iş günü
- Əmək haqqı: 2000-2500 Azb
Maraqlanan namizədlər öz CV-lərini (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat
- Təcrübə: 4-5 il
- Təhsil: Magistr