Oxşar aktiv elanlar
- Telesatış üzrə MütəxəssisBaku Holiday Travel · Bu gün
- Satış müdiriCAMAL LTD · Bu gün
- Sales Specialist – Construction & Building SolutionsIKMA Azerbaijan · Bu gün
- Sales Team ManagerTREVA · Bu gün
- Kassir/ Olivia( Kosmetika və baxım)Kontakt Home · Bu gün
- Satış üzrə məsləhətçiGroup Motors · Dünən
Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Kommersiya, Satış və Marketinq departamenti
Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir;
Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir;
Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır;
Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır;
Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır;
Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir;
Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir;
Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir;
Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır;
Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır;
Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir;
Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır;
İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir;
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir;
Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır;
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “ Satış üzrə kiçik mütəxəssis ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Tələblər
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə)
- Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi
- Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik
- Anbar uçotu və inventar nəzarəti
- Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik
- Azərbaycan / Rus dili səlis, İngilis yaxşı
- 1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi