Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Qida əlavələrinin tərkibi, xüsusiyyətləri, istifadə təyinatı və texniki göstəriciləri barədə məlumatlı olmaq;
Qida əlavələri bazarını, yeni məhsulları və istehsalçıları araşdırmaq;
Xarici istehsalçı və təchizatçılarla məhsul seçimi istiqamətində araşdırmalar aparmaq;
Məhsulların xaricdən sifariş edilməsi üçün satınalma şöbəsi ilə koordinasiyalı işləmək;
Məhsulların texniki sənədlərini, spesifikasiyalarını, tərkibini və keyfiyyət sertifikatlarını araşdırmaq;
Yeni məhsulların çeşidinin formalaşdırılması və məhsul portfelinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
Şirkətə daxil olan qida əlavələrinin satışını təşkil etmək və həyata keçirmək;
Mövcud və potensial müştərilərlə əlaqələr qurmaq, məhsullar barədə ətraflı məlumat vermək;
Müştərilərin tələbatını müəyyən etmək və uyğun məhsullar təklif etmək;
Satış planlarının yerinə yetirilməsini təmin etmək;
Satış nəticələri, bazar tələbatı və məhsul dövriyyəsi barədə hesabatlar hazırlamaq;
Rəqib şirkətlərin məhsullarını və bazar qiymətlərini araşdırmaq.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki (6cı gün qısa iş günü)
İş yeri: Binəqədi r,Binəqədi qəsəbəsi
Əmək haqqı: Müsahibə əsasında danışılacaq.
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Tələblər
- Qida əlavələrinin tərkibi və xüsusiyyətləri barədə biliklər
- Satış və müştərilərlə ünsiyyət bacarığı
- Satınalma və təchizat prosesləri barədə məlumatlılıq
- Xarici təchizatçılarla danışıq aparmaq üçün rus və ya ingilis dili biliyi mütləqdir
- MS Office proqramlarında işləmək bacarığı
- Analitik düşünmə, araşdırma və təqdimat bacarığı
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı
Üstünlük hesab olunur
- Qida texnologiyası, qida mühəndisliyi,biotexnologiya və ya müvafiq sahələr üzrə ali təhsil arzuolunandır
- Qida əlavələri sahəsində iş təcrübəsi üstünlükdür
Oxşar elanlar
- Elektrokar sürücüsü (Reach Truck)Kontakt Home · 2 gün əvvəl
- AnbardarTitan Group · 2 gün əvvəl
- Satınalma üzrə mütəxəssis/ aparıcı mütəxəssisBaku Steel Company · 3 gün əvvəl
- Şəxsi avtomobil ilə sürücüTitan Group · 3 gün əvvəl
- SürücüAvropa Azərbaycan Məktəbi · 3 gün əvvəl
- Təchizatın planlaması üzrə mütəxəssisBaku Steel Company · 3 gün əvvəl