İşin təsviri
Nə təklif edirik?
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Könüllü tibbi siğorta (ailə paketi);
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Layihə cizgiləri və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması (Quantity Take-Off) və BOQ (Bill of Quantities) hazırlanması;
- Cizgi və texniki sənədlərlə smeta məlumatlarının müqayisə edilməsi;
- Təqdim olunmuş smetalarda iş həcmlərinin, material və avadanlıqların, tətbiq edilmiş qiymətlərin və digər xərclərin təhlil edilməsi;
- İnşaat, elektrik, mexaniki, HVAC, santexnika, zəif axın və digər mühəndislik işləri üzrə smetaların qiymətləndirilməsi;
- Hazırlanmış smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
- Smeta üzrə qiymətlərin bazar qiymətləri ilə müqayisə edilərək əsaslandırılmış qiymətləndirmənin aparılması;
- Podratçılar tərəfindən təqdim olunan smeta və kommersiya təkliflərinin obyektiv və müqayisəli şəkildə qiymətləndirilməsi;
- Layihənin ilkin büdcəsinin və hazır smeta əsasında ehtimal olunan yekun dəyərinin müəyyənləşdirilməsi.
Namizədə aid tələblər:
- Ali təhsil – İnşaat mühəndisliyi, Smeta mühəndisliyi, İnşaat iqtisadiyyatı, Mühəndislik iqtisadiyyatı və ya digər müvafiq mühəndislik ixtisası üzrə
- Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
- Smeta, büdcə hesablamaları, BOQ və iş həcmləri (Quantity Take-Off) üzrə bilik və praktiki təcrübə;
- İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki bilik;
- MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD proqramlarında işləmə bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Bakı (işin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam olunacaq).
Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Smeta mühəndisi” qeyd etməklə hr@fotonllc.az elektron poçt ünvanına göndərəsiniz.