Məzmuna keçin
Golden Pay yerləşdirilib

Sistem Administratoru

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu);

HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);

LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx);

Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh);

IT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, etibarlı işləməsinin və yenilənməsinin təmin edilməsi; baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi;

Ehtiyat surətlərin yaradılması prosesinin idarəedilməsi və nəzarətdə saxlanması;

Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD və s.) inzibatçılığının və etibarlı işləməsinin təmin edilməsi;

Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);

Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi (“security hardening”);

Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması;

Müvafiq hesabatların hazırlanması;

Müvafiq texniki sənədləşmənin aparılması;

Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Təhsil: Ali
  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 il
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübə
  • Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI
  • Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication
  • Linux (RHEL, Centos Linux, Ubunut, Alma linux) , BSD üzrə biliklər
  • İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliklər
  • Qoruyucu divarlar,ruterlər,şəbəkə açarları,DNS,DHCP,VPN,FTP,internet protokolları barədə biliklər
  • Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible, Terrafrom

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →