İstehsalat operatoru
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
“İstehsalat Operatoru” vakansiyası üzrə
(yalnız yerli namizədlərin müraciətləri nəzərdən keçiriləcək)
CV-nizi göndərərkən mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Öhdəliklər
Texniki bilik və təcrübə (üstünlük verilir)
Qranulyasiya prosesləri (yaş/quru qranulyasiya) üzrə təcrübə;
High Shear Granulator və/və ya Fluid Bed Dryer (FBD) avadanlıqları ilə praktiki iş
təcrübəsi (üstünlük verilir);
Qurutma, ələmə və üyütmə əməliyyatları barədə məlumatlılıq;
Proses parametrləri (qarışdırma müddəti, sürət, püskürtmə sürəti, qurutma temperaturu və s.) haqqında ilkin biliklər;
LOD (nəmlik) monitorinqi və prosesdaxili nəzarət üzrə təcrübə (üstünlük verilir);
İstehsalat qeydləri (Batch Records) və İstehsalat Təlimatları (Manufacturing Instructions) ilə işləmək vərdişi;
Nəzarət olunan və təmiz otaq (cleanroom) mühitində iş intizamına riayət etmək.
Sənədləşmə və GMP tələblərinə riayət edilməsi
İstehsalat sənədlərini dəqiq və tam şəkildə doldurmaq bacarığı;
Məlumatların bütövlüyü (Data Integrity – ALCOA+) prinsiplərinə riayət etmək;
Kənarlaşma və uyğunsuzluqlar zamanı aidiyyəti şöbələrlə effektiv ünsiyyət qurmaq;
İstehsal xəttinin təmizliyinin yoxlanılması (Line Clearance), etiketləmə və materialların
statusunun idarə edilməsi prosedurlarına riayət etmək.
Sistem və avadanlıqlardan istifadə (əlavə üstünlük)
ERP sistemləri ilə iş təcrübəsi (SAP/MES bilikləri üstünlükdür);
Avadanlıqlar üzrə yoxlama siyahıları (checklist) və istismar jurnalları (logbook) ilə işləmək;
Tərəzilər və materialların daşınması prosesləri (IBC/konteynerlər) barədə məlumatlılıq
Əməyin mühafizəsi və təhlükəsizlik
Tozlu mühitdə və kimyəvi riskli ərazilərdə əməyin mühafizəsi və təhlükəsizlik (ƏMTT) qaydalarına riayət etmək;
Fərdi mühafizə vasitələrindən (maska/respirator, qoruyucu eynək, əlcək, kombinezon və s.) düzgün istifadə qaydalarını bilmək;
Dağılma, sızma və fövqəladə hallar zamanı müvafiq prosedurlara əməl etmək
Tətbiq olunduğu hallarda təhlükəli materiallarla (antibiotiklər, hormonlar, sitotoksik maddələr və s.) işləmə prosedurlarına riayət etmək.
Tələblər
- Əczaçılıq sənayesi və ya GMP tələblərinə uyğun fəaliyyət göstərən istehsalat
- Komandada işləmək bacarığı və effektiv ünsiyyət qurmaq qabiliyyəti
- Detallara yüksək diqqət, dəqiqlik, şəxsi gigiyena qaydalarına riayət və məsuliyyətlilik
- Yüksək iş tempinə və intizamlı iş mühitinə uyğunlaşmaq bacarığı
- Möhlətin olması (şirkət siyasətinə uyğun olaraq dəyişdirilə bilər)
- Ən azı tam orta təhsil
- Peşə liseyi / orta ixtisas təhsili / ali təhsil (Kimya, Kimya Texnologiyası, Əczaçılıq
- Detallara yüksək diqqət və dəqiqlik
- Vaxtın idarə edilməsi və tapşırıqların izlənilməsi bacarığı
- Komanda işinə meyillilik
- İntizamlı iş yanaşması, məsuliyyətlilik və etibarlılıq
- Öyrənməyə açıqlıq və davamlı inkişaf istəyi
Üstünlük hesab olunur
- Müəssisələrində iş təcrübəsinə üstünlük verilir
- İstehsalatı, Mexanika Mühəndisliyi və s.) arzuolunandır
Oxşar elanlar
- FəhləDİAS MMC · Dünən
- İstehsalat şöbə müdiriOBA Market MMC · Dünən
- MontajçıQartal Tikinti Firması · Dünən
- FəhləPrime Cotton · Dünən
- Peşəkar QaynaqçıQartal Tikinti Firması · Dünən
- İstehsalat şöbə müdiriOBA marketlər şəbəkəsi · 2 gün əvvəl