Vakansiya haqqında
Müasir AI alətləri, xüsusilə ChatGPT və Claude ilə işləməyi bacaran, kontent yarada bilən və sosial şəbəkələri müstəqil şəkildə idarə edə bilən SMM mütəxəssisi axtarırıq.
Vəzifələr
- Instagram, TikTok, LinkedIn və digər sosial şəbəkələrin idarə edilməsi.
- Kontent-planın hazırlanması və həyata keçirilməsi.
- Dizaynlı postların, Stories, Reels və mini-animasiyaların hazırlanması.
- Şirkətin məhsulları haqqında kontentin hazırlanması və paylaşılması.
- Videomontajçıdan hazır video materialların qəbul edilməsi və kontentin sosial şəbəkələrdə vaxtında paylaşılması.
- Videomontajçı ilə birlikdə qısa videolar üçün ideya və ssenarilərin hazırlanması.
- Kontent, ideya və vizual materialların hazırlanması üçün ChatGPT, Claude və digər AI alətlərindən istifadə.
- Sosial şəbəkələrdə trendlərin izlənilməsi və şirkətin səhifəsinə uyğunlaşdırılması.
- Meta Ads reklamlarının qurulması və idarə edilməsi.
İş qrafiki
Bazar ertəsi–Cümə: 10:00–19:00.
Şənbə — qısa iş günü: ayda 2 şənbə iş günü, 2 şənbə istirahət günüdür.
Əmək haqqı: 1200 - 1500 AZN
İş yeri
Bakı, Şərq bazarın yaxınlığı (metro 28 may)
Əgər qeyd olunan tələblərə uyğunsunuzsa, zəhmət olmasa CV-nizi və PORTFOLİO-nuzu [email protected] elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “SMM” qeyd etməyiniz xahiş olunur.
Tələblər
- SMM sahəsində ən azı 3 il iş təcrübəsi
- ChatGPT və Claude ilə sərbəst işləmək bacarığı
- Dizaynlı kontent, Stories və Reels hazırlamaq bacarığı
- Qısa videolar çəkmək bacarığı
- Meta Ads biliyi və reklam kampaniyalarını müstəqil şəkildə qurmaq bacarığı
- Yaradıcı yanaşma, məsuliyyətlilik və son tarixlərə riayət etmək
- Portfolio təqdim edilməsi mütləqdir
- Adobe Photoshop proqramını bilmək tələb olunur
Üstünlük hesab olunur
- SEO bacarıqları və Google Ads biliyi üstünlükdür
Oxşar elanlar
- SMM & Account ManagerArash Company · Dünən
- Marketinq meneceriArash Company · 2 gün əvvəl
- Brend menecer (Hava Limanı)"VİP Xidmətlər Qrupu" MMC · 4 gün əvvəl
- Digital Marketing SpecialistDORI - Digitally Optimized Robotic Intelligence · 4 gün əvvəl
- Məhsul Marketinqi üzrə MenecerPASHA Real Estate Group · 4 gün əvvəl
- Rəqəmsal marketinq üzrə mütəxəssisTABIA Group · 5 gün əvvəl