İşin təsviri
İş şəraiti
- Şöbə: İnşaatda İnnovasiya Həlləri
- İş vaxtı: Tam
Əsas vəzifələr:
- İstehsal prosesində istifadə olunan kimyəvi maddələrin saxlanması, çıxarılması, qarışdırılması və monitorinqi.
- Istehsal məhdudiyyətlərinə və satış ehtiyaclarına uyğun olaraq hazır məhsulların ehtiyatlarını idarə etmək.
- Kimyəvi prosesi asanlaşdırmaq, o cümlədən xammala reaktivlərin əlavə edilməsi və reaksiyaların bütün mərhələlərinə nəzarət etmək.
- Əl və yarı avtomatik mexanizmləri idarə etmək üçün idarəetmə vasitələri, panel lövhələri və digər giriş cihazlarından istifadə edərək kimyəvi prosesə nəzarət etmək
- Baxım planına uyğun olaraq zavodun müntəzəm olaraq birinci səviyyəli yoxlamalarını aparmaq.
- Məhsulların texniki inkişaf işlərində vəzifə almaq.
- Müxtəlif xammal və hazır məhsulların ehtiyatlarının düzgün və təhlükəsiz saxlanmasını təmin etmək.
- İstehsalat Menecernin tərəfindən bildirilən məhsul qarışığını və istehsal planını tətbiq etmək.
- Ehtiyat səviyyəsinin adekvat qalmasını təmin etmək üçün gündəlik əməliyyat planlamasını tətbiq etmək.
- Zavodun müəyyən edilmiş rejimə uyğun olaraq müntəzəm olaraq təmizlənməsini təmin etmək.
- Hər hansı zədələnmiş avadanlığın təmirini təşkil etmək.
- İstehsal proseslərinə nəzarət etmək və həyata keçirmək.
- İstehsalat Menecerin tələb və öhdəliklərini icra etmək.
- HOLCİM standartlarına,etiketləməyə və ümumi görünüşünə görə qablaşdırmaların (IBC tanklar, plastik qablaşdırma) təmizliyinə nəzarət etmək.
Bacarıq və Kvalifikasiyalar:
- Tikinti, İnşaat materialları və ya bənzər sahədə ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmək bacarığı
- İngilis dili biliyi arzuolunandır
Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq Operator yazmaqla aze-hr-cv@holcim.com elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və bütün namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.