İşin təsviri
- Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə);
- İnformasiya təhlükəsizliyi, risk idarəetməsi və komplayens (GRC) istiqamətində minimum 2-3 illik iş təcrübəsi;
- ISO/IEC 27001 standartı, İTİS (ISMS) prinsipləri və informasiya təhlükəsizliyi üzrə digər standartlar barədə biliklər;
- PCI DSS tələbləri və uyğunluq proseslərinə dair biliklər;
- Risklərin qiymətləndirilməsi və idarə olunması metodologiyaları üzrə praktiki bilik;
- Daxili/xarici audit proseslərində iştirak təcrübəsi;
- Təhlükəsizlik siyasəti, prosedur və digər normativ sənədlərin hazırlanması bacarığı;
- Analitik düşünmə, sənədləşdirmə və hesabat tərtibatı bacarıqları;
- MS Office proqram təminatından sərbəst istifadə bacarığı;
- İngilis dilində texniki sənədlərlə iş bacarığı;
- ISO 27001 Lead Implementer / Lead Auditor, PCI DSS və ya bənzər sertifikatların olması üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Təşkilatın İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (İTİS/ISMS) çərçivəsindəki fəaliyyətlərdə fəal iştirak;
- İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, standart və digər normativ sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi;
- İnformasiya aktivləri üzrə risk qiymətləndirmə proseslərinin aparılması və risk idarəetməsi tədbirlərinə dəstək;
- ISO/IEC 27001 və digər aidiyyəti standartlara uyğunluğun daim izlənilməsi;
- PCI DSS uyğunluq tədbirlərinin planlaşdırılması və icra prosesində iştirak;
- Daxili auditlərin, komplayens yoxlamalarının və nəzarət tədbirlərinin keçirilməsində iştirak;
- Aşkarlanan uyğunsuzluqların qeydə alınması, düzəldici/qabaqlayıcı tədbirlərin icrasına nəzarət;
- Təchizatçı və üçüncü tərəflərin informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi prosesinə cəlb olunma;
- İnformasiya təhlükəsizliyi üzrə maarifləndirici təlim və tədbirlərin təşkilinə yardım;
- Audit, komplayens və risk idarəetməsi ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Şöbə müdirinin tapşırıqları çərçivəsində əlaqəli digər vəzifələrin icrası.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.