Məzmuna keçin
İcbari Sığorta Bürosu yerləşdirilib

Metodologiya üzrə mütəxəssis/Hüquqşünas

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir;

Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;

Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır;

Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.

Tələblər

  • Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə
  • Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı
  • Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti
  • Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı
  • Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək, praktiki yanaşma formalaşdırmaq bacarığı
  • MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →