Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Layihələrin məqsədlərini, iş həcmini, icra müddətlərini, maliyyə və texniki resurslarını müəyyənləşdirmək, ətraflı layihə planlarını hazırlamaq və icrasını koordinasiya etmək;
Layihə qrafiklərinə, müəyyən edilmiş mərhələlərə və resurs planına uyğunluğu izləmək, kənarlaşmaların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
Layihə komandası üzvləri arasında iş bölgüsünü və tapşırıqların icrasını koordinasiya etmək, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirmək;
Layihə portfelinin idarə olunması üzrə mövcud yanaşmaları təhlil etmək, təkmilləşdirilməli sahələri müəyyənləşdirmək və müvafiq inkişaf təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək;
Layihələrin icrası zamanı riskləri, dəyişiklikləri və keyfiyyət göstəricilərini idarə etmək, problemlərin vaxtında müəyyənləşdirilməsini və həllini təmin etmək;
Layihə üzrə maraqlı tərəflərlə effektiv kommunikasiyanı təşkil etmək, mütəmadi status görüşləri keçirmək, hesabatlar və təqdimatlar hazırlamaq;
Layihələrin nəticələrini müəyyən edilmiş Əsas Fəaliyyət Göstəriciləri (KPI) əsasında qiymətləndirmək və əldə olunan nəticələrin təhlilində iştirak etmək;
Jira platforması vasitəsilə layihə tapşırıqlarının, icra statuslarının və layihə məlumatlarının sistemli şəkildə izlənilməsini təmin etmək;
Təşkilatın strateji hədəflərinin və təşəbbüslərinin icrasının koordinasiyasına dəstək göstərmək
Tələblər
- Ali təhsil
- Layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi
- Layihələrin idarə olunmasının əsas metodologiyaları, alətləri və prinsipləri üzrə nəzəri və praktiki biliklər
- Jira Software/Jira Service Management platformalarında layihələrin idarə olunması və izlənilməsi üzrə yaxşı biliklər
- Layihə planlarının hazırlanması, tapşırıqların koordinasiyası, icra müddətlərinin və resursların idarə olunması bacarığı
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə biliklər
- KPI-ların müəyyənləşdirilməsi, monitorinqi və nəticələrin təhlili bacarığı
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları
- Hesabatların və təqdimatların hazırlanması, məlumatların strukturlaşdırılması və nəticələrin təqdim edilməsi bacarığı
- Maraqlı tərəflərlə effektiv ünsiyyət, komanda işi və koordinasiya bacarıqları
- Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı kommunikasiya bacarığı
- Yüksək məsuliyyətlilik, dürüstlük, təşəbbüskarlıq və nəticəyönümlülük
Üstünlük hesab olunur
- Beynəlxalq layihə idarəetmə sertifikatlarının olması
- Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi, proseslərin modelləşdirilməsi üzrə təcrübə
- İT və rəqəmsallaşma layihələrinin idarə olunması üzrə təcrübə
- Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi
Oxşar elanlar
- Müqavilələr şöbəsi üzrə mütəxəssisPASHA Insurance · Dünən
- AuditFalcon Finance · Dünən
- Kredit mütəxəssisi - aparıcı / başInternational BOKT · Dünən
- Risklərin İdarə Olunması və Daxili Nəzarət üzrə Aparıcı / Baş MütəxəssisPMD Group MMC · 3 gün əvvəl
- Vergi üzrə baş mütəxəssisFacility Management Group · 3 gün əvvəl
- HR mütəxəssisAzeriMed QSC · 3 gün əvvəl