Vakansiya haqqında
BOKT “IDEAL KREDIT” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Notariat kontorlarında ipoteka müqavilələrinin yerində rəsmiləşdirilməsi və sənədləşmə işlərinin aparılması;
Problemli kreditlər üzrə icra qeydlərinin alınması üçün notariat orqanları ilə işin təşkili;
Məhkəmə proseslərində iştirak etmək, şirkətin hüquqi maraqlarını müdafiə etmək;
İddia ərizələrinin hazırlanması, təqdim edilməsi və məhkəmə proseslərində müdafiəsinin həyata keçirilməsi;
Borclulara ünvanlanan xəbərdarlıq və bildirişlərin hazırlanması və göndərilməsi;
Müxtəlif hüquqi ərizə, iddia, müraciət və digər sənədlərin hazırlanması;
Kredit öhdəliklərinin icrası və borcların hüquqi qaydada tələb edilməsi istiqamətində işlərin aparılması;
Hüquqi sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi.
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil
- Notariat sahəsində, bank və ya BOKT-da hüquqşünas kimi ən azı 2-3 il iş təcrübəsi
- Hüquqi sənədlərin hazırlanmasında yüksək yazı mədəniyyəti və dəqiqlik
- Məsuliyyətlilik, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı
- Mülki Məcəllə və Mülki Prosessual Məcəllə
- "Notariat haqqında", "İpoteka haqqında" və "Daşınar əmlakın girovu haqqında" Azərbaycan Respublikasının qanunları
Oxşar elanlar
- LawyerBLACKWELL LLC · Dünən
- Komplayens və monitorinq şöbəsinin mütəxəssisiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 2 gün əvvəl
- Hüquq və Müqavilələr Şöbəsinin RəhbəriGuven Technology LLC · 5 gün əvvəl
- Senior LawyerFinancial Chain Corporation · 18 noyabr 2026
- İdarəetmə, Risk və Komplayens (GRC) Şöbəsinin Aparıcı MütəxəssisiUnibank Kommersiya Bankı · 18 noyabr 2026
- Legal and Compliance ManagerIRES · 15 noyabr 2026