İşin təsviri
- Agentlik üzrə layihələrin sosial media kommunikasiya strategiyasının hazırlanması və icra edilməsi;
- Qurum daxili strukturlardan sosial media kommunikasiyası ilə bağlı briflərin alınması, bu briflərin daxili komanda arasında (kopirayter, dizayner və s.) bölüşdürülməsi və prosesin izlənilməsi;
- Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, Twitter, TikTok və s.) üzrə məzmun planının hazırlanması və həyata keçirilməsi;
- Sosial media kanallarında paylaşılacaq məzmunların vaxtında və düzgün formada paylaşılmasının təmin edilməsi;
- Brendin sosial mediada tanıtımı üçün müvafiq vizual və video məzmunun hazırlanması prosesində iştirak etmək;
- Sosial media trendlərinin izlənilməsi və yeniliklərin strategiyaya inteqrasiya edilməsi;
- Influencer və KOL-larla (Key Opinion Leader) əməkdaşlıq qurulması və kampaniyaların idarə edilməsi;
- Sosial media analitikası və hesabatların hazırlanması (Meta Insights, TikTok Analytics, LinkedIn Analytics və s.);
- Bazar araşdırmalarının aparılması və rəqiblərin sosial media fəaliyyətinin təhlil edilərək yeni imkanların müəyyənləşdirilməsi;
- Tədbirlər və xüsusi günlər üçün sosial media məzmununun hazırlanmasına dəstək göstərilməsi;
- Sosial media hesabları üçün məzmun planının hazırlanması və icrasına nəzarət etmək.
Tələblər
- Sosial media idarəçiliyi sahəsində minimum 2 il iş stajı;
- Facebook, Instagram, LinkedIn, TikTok və digər sosial media platformalarının alqoritmləri və iş prinsipləri haqqında geniş bilik;
- Meta Ads, LinkedIn Ads vəTikTok Ads ilə işləmə bacarığı;
- sosial media analitikası və KPI-ları izləmə bacarığı;
- rəqəmsal platformalar və sosial media idarəetmə alətləri haqqında geniş bilik;
- müştəri və izləyici ilə düzgün ünsiyyət qurmaq bacarığı;
- sosial mediada böhran vəziyyətlərini idarəetmə qabiliyyəti;
- sosial media sahəsində yeni texnologiyaları və trendləri izləməyə və tətbiq etməyə hazırlıq.