Texnoparklarla iş əməliyyatları üzrə mütəxəssis

İşin təsviri

• Rezidentlik müraciətlərini qəbul etmək, qiymətləndirmək və prosesin idarə olunmasını təmin etmək;

• Yerli və xarici hüquqi və fiziki şəxslərə rezidentlik prosesi üzrə konsultasiya vermək;

• Mövcud rezidentlərin ehtiyaclarını mütəmadi izləmək, məmnuniyyət səviyyəsini qiymətləndirmək və əlaqəli təkliflər hazırlamaq;

• Potensial və mövcud müştərilərlə görüşləri təşkil etmək və keçirmək;

• Rezidentlərdən daxil olan müraciət və problemli halları idarə etmək, aidiyyəti üzrə yönləndirmək və icrasını son nəticəyə qədər izləmək;

• Hər bir rezident üzrə əməkdaşlıq tarixçəsini və məlumat bazasını aktual saxlamaq, müraciət platformasını idarə etmək;

• Müştəri bazası (CRM) və digər müvafiq sistemlərdə məlumatların aktual saxlanmasını, əlaqəli sənədlərin hazırlanmasını təmin etmək;

• Rezident portfeli üzrə dövri hesabatlar və təqdimatlar hazırlamaq;

• Aidiyyəti struktur bölmələr və dövlət qurumları ilə koordinasiyanı təmin etmək.

Tələblər

• Ali təhsil;

• Müştəri münasibətlərinin idarə olunması, satış və ya müştəri xidmətləri sahələrində minimum 2 il iş təcrübəsi;

• Azərbaycan və ingilis dillərində səlis ünsiyyət, rəsmi işgüzar yazışma və təqdimat bacarıqları;

• Müştəri məmnuniyyətini artırmaq və uzunmüddətli əməkdaşlığı təmin etmək yönümlü işgüzar münasibətlər qurmaq bacarığı;

• MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmək bacarığı;

• Məlumat bazalarının idarə olunması və analitik hesabatların hazırlanması bacarığı;

• Vergi qanunvericiliyi, vergi güzəştləri və korporativ hüquq üzrə baza bilikləri;

• Güclü ünsiyyət, təqdimat, danışıqların aparılması, problem həll etmə və vaxt idarəetməsi bacarığı.

Üstünlük hesab olunur

• CRM sistemləri ilə iş təcrübəsi;

• Dövlət qurumlarında və ya sahibkarlarla iş təcrübəsi;

• Startap və innovasiya ekosistemi üzrə biliklər;

• Rus dili biliyi.