Satınalma üzrə mütəxəssis

İşin təsviri

Təsvir

Şirkətin mal, material, avadanlıq və xidmətlər üzrə satınalma proseslərinin effektiv, şəffaf və vaxtında həyata keçirilməsini təmin etmək, optimal qiymət və kommersiya şərtləri əldə etmək, eləcə də etibarlı təchizatçı bazasının formalaşdırılmasında yaxından iştirak etmək.

Tələblər

Əsas Vəzifə Öhdəlikləri:

  • Tender və Sorğuların İdarəedilməsi: Tender, RFQ (Qiymət Sorğusu) / RFP (Təklif Sorğusu) sənədlərinin hazırlanması, göndərilməsi və prosesin idarə olunması.
  • Təhlil və Seçim: Daxil olan kommersiya təkliflərinin müqayisəli təhlilini aparmaq və ən optimal təchizatçının seçilməsini təmin etmək.
  • Danışıqların Aparılması: Yerli və xarici təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə səmərəli danışıqlar aparmaq.
  • Bazar Araşdırması: Yerli və beynəlxalq bazarların mütəmadi araşdırılması və şirkət üçün etibarlı təchizatçı bazasının formalaşdırılması.
  • Koordinasiya və Nəzarət: Bir neçə satınalma prosesini paralel idarə etmək, gömrük, idxal və logistika proseslərini izləmək və digər struktur bölmələrlə (maliyyə, anbar və s.) effektiv əməkdaşlıq etmək.

Namizədə dair Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə).
  • Təcrübə: Satınalma sahəsində minimum 2 il iş təcrübəsi (Yerli və xarici təchizatçılarla iş təcrübəsi mütləqdir).
  • Peşəkar Biliklər:
  • Müqavilə, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə əsas biliklər.
  • İncoterms qaydaları və beynəlxalq satınalma prosesləri haqqında məlumatlılıq.
  • İdxal, logistika və gömrük prosesləri üzrə ümumi anlayış.
  • Kompüter Bilikləri: MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı. (ERP və ya ixtisaslaşmış satınalma sistemlərində iş təcrübəsi üstünlük hesab olunur).
  • Dil Bilikləri:
  • Azərbaycan dili: Ana dili;
  • Rus dili və İngilis dili Minimum B2 səviyyəsi (Üstünlükdür).
  • Şəxsi Keyfiyyətlər: Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı, analitik düşüncə, rəqəmlərlə işləmə və məlumatları təhlil etmə qabiliyyəti. Detallara diqqətli, məsuliyyətli, nəticəyönümlü olmaq və vaxtı düzgün idarə etmək.