İşin təsviri
Təsvir
- Maliyyə texnologiyalarının təchizatçıları tərəfindən innovativ məhsul və xidmətlərin effektiv təqdim edilməsi üçün normativ hüquqi bazanın sadələşdirilməsi istiqamətində təkliflərin hazırlanması;
- Qlobal İKT və yüksək texnologiya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamasının təşviqi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- Rəqəmsal məhsul və xidmətlərin ixracının artırılması məqsədilə beynəlxalq investisiya tərəfdaşlıqlarının qurulması;
- Yerli və beynəlxalq vençur kapitalı fondları ilə əlaqələrin qurulması və investisiya imkanlarının araşdırılması;
- İnvestisiya layihələri üzrə texniki-iqtisadi əsaslandırmaların və təqdimatların hazırlanması;
- Tərəfdaşlıq müqavilələrinin hazırlanmasında və danışıqlar prosesində iştirak etmək;
- İnvestisiya mühitinin yaxşılaşdırılması üzrə beynəlxalq təcrübənin araşdırılması və adapasiyası;
- Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, beynəlxalq münasibətlər, biznes idarəetməsi və ya əlaqəli sahələrdə);
- Sahə üzrə minimum 2 il iş stajı (investisiya, maliyyə, tərəfdaşlıq inkişafı və ya əlaqəli sahədə);
- Beynəlxalq investisiya prosesləri və vençur maliyyələşmə mexanizmləri haqqında biliklər;
- Güclü ünsiyyət, danışıq və təqdimat bacarıqları;
- Komanda işi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – sərbəst səviyyədə.