Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
KOLLEKTA MMC yerləşdirilib

Korporativ hüquqşünas

Maaş
1 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Bakı vakansiyaları →

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müqavilə reyestrinin aparılması ;

Təşkilatın maliyyə əməliyyatları, borcların idarə edilməsi və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur, təlimat və əsasnamələrin hüquqi ekspertizasının həyata keçirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

Müştərilər, tərəfdaşlar və digər hüquqi şəxslərlə bağlanan müqavilələrin hüquqi risklərinin qiymətləndirilməsi və risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması ;

Təşkilatın tərəf olduğu müqavilələrə hüquqi rəy verilməsi və müəyyən edilmiş qaydada hüquqi viza prosedurunun həyata keçirilməsi ;

Etibarnamələrin hüquqi əsaslarının yoxlanılması və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinin təmin olunması;

Kolleksiya prosesində iştirak edən struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və borclularla aparılan kommunikasiya və danışıqların hüquqi çərçivədə həyata keçirilməsinə dəstək verilməsi;

Borclularla bağlı məhkəmə işlərinin başlanılması üçün zəruri sənədlərin toplanması, hüquqi təhlilin aparılması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi;

Məhkəmə qərar və qətnamələrinin təhlil edilməsi, zərurət yarandıqda apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və məhkəmə proseslərinin izlənilməsi;

Təşkilatın fəaliyyətindən irəli gələn hüquqi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və onların qarşısının alınması üzrə tədbirlərin görülməsi ;

Dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə zərurət yarandıqda təşkilatın qanunvericiliyə uyğun qaydada təmsil olunması ;

Hüquqi fəaliyyət üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;

Hüquqi məsələlərlə bağlı rəhbərliyin və struktur bölmələrin sorğularının cavablandırılması və hüquqi məsləhətlərin verilməsi.

İş barədə məlumat

Əmək haqqı: 1500 NETT

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi

İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00

Komfortlu və müasir iş mühiti

Peşəkar və mehriban komanda

Müasir idarəetmə sistemi və inkişaf imkanları

CV-lərinizi “Korporativ Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.

Tələblər

  • Hüquq sahəsində ali təhsil
  • Korporativ hüquq, maliyyə hüququ və ya müvafiq sahədə 3–5 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, o cümlədən Mülki Məcəllə, İcra haqqında qanunvericilik və maliyyə sektoru üzrə normativ-hüquqi aktları yüksək səviyyədə bilmək
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizası, məhkəmə və icra prosesləri üzrə praktiki biliklər
  • Güclü analitik düşüncə, hüquqi təhlil və problem həll etmə bacarığı
  • Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək
  • Azərbaycan dilini mükəmməl bilmək
  • MS Office proqramlarında, xüsusilə Word, Excel, PowerPoint və Outlook-da sərbəst işləmək bacarığı

Üstünlük hesab olunur

  • Kollektor şirkəti, bank və ya BOKT sektorunda hüquq üzrə iş təcrübəsi üstünlükdür
  • Rus və ingilis dilləri üstünlükdür