İşin təsviri
Təsvir
- Bani Abituriyent məktəbinin layihələri üzrə bütün kanallar üzrə marketinq kampaniyalarının icrası və optimizasiyası;
- Kampaniyaların performansının izlənməsi və hesabatların hazırlanması;
- Akademik komandalarla sıx əməkdaşlıq edərək ümumi hədəflərin dəstəklənməsi;
- Bazar araşdırmalarının aparılması;
- Bütün marketinq fəaliyyətlərinin brend strategiyasına və mövqelənməsinə uyğunluğunun təmin edilməsi;
- Daxili komandalar və vendorlarla əməkdaşlığın effektiv şəkildə idarə olunması;
- Sosial media, rəqəmsal kanallar və marketinq kampaniyaları üçün kontent ideyalarının yaradılması və icra olunması;
- Açıq qapı günləri, qəbul tədbirləri və digər məktəb tədbirlərinin təşkili və icrası.
Tələblər
- Ali təhsil (Marketinq və ya digər aiddiyatı sahələr üzrə);
- Marketinq sahəsi üzrə ən az 3 il iş təcrübəsi;
- Layihə idarəetmə alətləri ilə praktiki təcrübə;
- Güclü kommunikasiya və komanda ilə işləmə bacarıqları;
- Yüksək təşkilati bacarıq, proaktiv yanaşma və yeni ideyalar irəli sürmək qabiliyyəti;
- Dinamik və sürətli mühitdə işləmək bacarığı;
- Azərbaycan və İngilis dilində sərbəst danışıq bacarığı mütəqdir.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İllik ödənişli əmək məzuniyyəti;
- İş yeri: Gəncə şəhəri;
- Peşakar karyera inkişafı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.