İşin təsviri

Təsvir

Biznes proseslərini təhlil etmək, mövcud sistemləri qiymətləndirmək və inkişaf ehtiyaclarını müəyyənləşdirmək;

Müxtəlif departamentlərlə görüşlər keçirmək, biznes tələblərini toplamaq, təhlil etmək və dəqiqləşdirmək;

Biznes tələblərini proqramçı/texniki komandalara aydın şəkildə təqdim etmək;

Layihələrin implementasiya prosesini koordinasiya etmək və icra vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;

Dəyişiklik tələblərini (Change Request) idarə etmək və prioritetləşdirmək;

Korporativ informasiya sistemləri üçün texniki tapşırıqlar və funksional spesifikasiyaları hazırlamaq;

Sistemlərin istifadəsinə dair istifadəçi təlimatları hazırlamaq və son istifadəçilər üçün təlimlər keçirmək.

Tələblər

Təhsil – Ali (İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə)

Təcrübə – İT Biznes Analitik və ya oxşar vəzifədə minimum 1-3 il iş təcrübəsi

Dil bilikləri – Azərbaycan dili sərbəst, Rus dili yaxşı səviyyədə

Kompüter bilikləri – MS Office, Outlook, Jira, Confluence işləmə bacarığı

Analitik və sistemli düşüncə tərzi;

Güclü ünsiyyət və təqdimat bacarıqları;

Dəyişikliklərə çevik uyğunlaşma və təşəbbüskarlıq.

Təklif edirik:

Korporativ nömrə

Könüllü tibbi sığorta;

Təlimlərdə iştirak imkanı;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.