İşin təsviri

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkil edilməsi;
  • Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqram təminatına daxil edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
  • Mal-materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
  • İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqqıları və s.) düzgün uçotunu aparmaq;
  • Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq;
  • İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək;
  • İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək;
  • Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək;
  • Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. 

Tələblər

  • Təhsil: Ali (İqtisadi);
  • İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan;
  • Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: 1C 8.3 və MS Office yaxşı səviyyədə;
  • Sertifikatlar: F3 olması üstünlükdür.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza.

Biz nə təklif edirik:         

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Şəhərin mərkəzində ofis;
  • Dinamik və gənc komanda ilə iş imkanı.