İşin təsviri
- Gömrük və İxracat işlərinin aparılması (Mənşə sertifikatının alınması, Nəqliyyat CMR sənədləri, bəyannamə və s.);
- Qlobal ticarət portalarında (alibaba.com və s.) şirkətin məhsullarının yerləşdirilməsi və potensial müştərilərin cəlb edilməsi;
- İşgüzar yazışmaların və danışqların aparılması və satışın əldə edilməsi;
- Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması;
- Xarici bazarların “Mətanət A” Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi;
- Xarici ölkələrdəki satış imkanların öyrənilməsi;
- Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesin nəzarət altında saxlanılması, hesabatının şöbə rəhbərinə təqdim edilməsi;
- Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi;
- Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;
- İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;
- Kargüzarlıq,zənglərin geydə alınması və yazışmaların koordinasiyası, şöbə rəhbərinə yardımçı olmaq;
- İstehsalata verilən sifarişlərin icrasının və hazır məhsulun ambarlanmasının koordinasiyası.
Tələblər
- Təhsil: Ali;
- Yaş həddi: 22-35;
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);
- Microsoft Office (Word, Excel, Outlook və PowerPoint) proqramlarında işləmək bacarığı;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza.