İşin təsviri
- Mövcud və yeni məhsulların optimallaşdırılması və inkişaf etdirilməsi;
- Məhsul üzrə satışların artırılması üçün mütamadi təkliflərin verilməsi;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Təmsil etdiyi məhsul qrupu üzrə satış komandasının lazımi informasiya ilə təmin edilməsi;
- Məhsul üzrə satış kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə bəzi müştərilər üzrə fərdi əməkdaşlığın qurulması;
- Kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- Satış komandasına, rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
- Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə satış şöbələri ilə işin koordinasiyası;
- Satışı stimullaşdırıcı kampaniyaların hazırlanması və icrasına nəzarət edilməsi.
Tələblər
- Marketinq və ya əlaqəli sahədə Ali təhsil (Marketin, Biznesin idarə edilməsi, MBA ixtisasları üstünlükdür);
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- İngilis dili biliyi arzuolunandır;
- MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
- Məhsullar üzrə proqnoz vermək və satış planlatının hazırlayıb həyata keçirmək üzrə təcrübə;
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza;
- Korporativ nömrə verilir.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.