Məzmuna keçin
NBCO KredAqro yerləşdirilib

Problemli Borcların Hüquqi İdarə Edilməsi üzrə Biznes-Analitik

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Proseslərin optimallaşdırılması: Borcların tutulma müddətini (Time-to-Recovery) azaltmaq məqsədilə biznes-proseslərin davamlı təkmilləşdirilməsi və gündəlik əməliyyatların (reyestrlərin ixracı, sənəd şablonlarının hazırlanması) avtomatlaşdırılması.

Hesabatlılıq: Portfelin cari vəziyyəti, pul vəsaitlərinin daxilolmaları üzrə proqnozlar (Cash Flow) və şöbənin fəaliyyətinin effektivliyi barədə rəhbərliyə müntəzəm (həftəlik/aylıq) hesabatların azırlanması və təqdim edilməsi.

Metodologiya: Daxili reqlamentlərin, təlimatların və sənəd şablonlarının hazırlanması.

Xarici podratçılarla iş: Cəlb olunduğu halda, kənar hüquq şirkətlərinin və kollektor agentliklərinin fəaliyyətinə nəzarət edilməsi və effektivliyinin qiymətləndirilməsi (autsorsinq).

Portfelin təhlili: Borcluların borcun tutulması perspektivlərinə uyğun olaraq seqmentləşdirilməsi.

Hüquqi alətin seçilməsi: Hər bir iş üzrə optimal hüquqi mexanizmin müəyyən edilməsi: notariusun icra qeydi və ya məhkəməyə müraciət.

Qarşı tərəflərin yoxlanılması: Borcun tutulmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün borcluların əmlak vəziyyətinin yoxlanılması prosesinin təşkili və məlumatların yoxlanılması məqsədilə əlavə mənbələrdən istifadə edilməsi.

Tələblər

  • Rus dili biliyi
  • Danışıqlar aparmaq bacarığı
  • Maliyyə sektorunda biznes-proseslərin təhlili üzrə iş təcrübəsi
  • İT bölməsi üçün biznes tələblərinin (BT) təsviri və formalaşdırılması üzrə təcrübə
  • Portfel analitikası üzrə təcrübə (seqmentləşdirmə, prioritetlərin müəyyən edilməsi və strategiyanın seçilməsi)
  • Excel proqramından sərbəst istifadə bacarığı
  • Proaktivlik

Üstünlük hesab olunur

  • Borcların tutulması sahəsində ixtisaslaşma üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →