Torpaq işləri üzrə sahə mühəndisi (Ağdərə)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Layihəyə uyğun olaraq torpaq işlərinin planlaşdırılması və icrasına nəzarət etmək
  • Qazıntı, dolğu, sıxlaşdırma və sahənin hamarlanması işlərini koordinasiya etmək
  • Texniki çertyoj və layihə sənədlərini analiz etmək və tətbiq etmək
  • Sahədə geodeziya ölçülərinin və səviyyələrin düzgün icrasına nəzarət etmək
  • Tikinti texnikalarının və işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək
  • İşlərin vaxtında və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək
  • Material, texnika və işçi resurslarının səmərəli istifadəsinə nəzarət etmək
  • İş həcmlərinin hesablanması və gündəlik hesabatların hazırlanmasını təmin etmək
  • Sahədə təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək
  • Podratçılar və digər sahə mühəndisləri ilə koordinasiyalı işləmək
  • Problemlərin operativ həllini təmin etmək və rəhbərliyə məlumat vermək
  • Texniki sənədləşmə və icra aktlarının hazırlanmasında iştirak etmək
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
  • Torpaq işlərinin icra texnologiyalarını və mərhələlərini bilmək
  • Qazıntı, dolğu, sıxlaşdırma və planlama işlərinin aparılması qaydalarını bilmək
  • Torpaq növlərini və onların texniki xüsusiyyətlərini bilmək
  • AutoCAD və MS Office proqramlarında işləmə bacarığı
  • Tikinti texnikalarının (ekskavator, buldozer, qreyder, katok və s.) iş prinsiplərini bilmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarını bilmək
  • Tikinti norma və qaydalarını (SNiP, ASTM və digər tətbiq olunan standartlar)

Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Torpaq İşləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.