İşin təsviri
“Nur Collection” MMC “Aparıcı Maliyyə mütəxəssisi” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 – 14:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)
Əsas Vəzifələr:
- Şirkətin aylıq, rüblük və illik büdcələrin hazırlanması və icrasına nəzarət.
- Maliyyə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Faktiki göstəricilərin büdcə ilə müqayisəli təhlilinin aparılması və hesabatların aylıq olaraq hazırlanması
- İstehsalat üzrə maya dəyərlərinin hesablanması və planlaşdırılmış maya dəyəri ilə müqayisəli hesabatların hazırlanması
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və likvidliyin idarə olunması.
- Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması üzrə təhlillərin aparılması.
- Vergi və mühasibat uçotu üzrə proseslərin düzgünlüyünə nəzarət (mühasibatlıqla koordinasiya).
- Audit proseslərində iştirak və auditor sorğularının cavablandırılması.
- Rəhbərliyə strateji qərarların qəbulu üçün maliyyə əsaslandırmaları təqdim etmək.
- Vergi hesabatlarının düzgün uçotu üçün dövriyyələrin və xərclərin uçotuna nəzarət
- Vergi uçotu üzrə hesabatlılığın düzgün təmin edilməsi üçün sistemdəki mal qalığının düzgünlüyünün yoxlanması
- 1C proqramı üzrə əmək haqqı uçotunun düzgünlüyünün yoxlanılması
- 1C proqramı üzrə dövriyyə balans cədvəlinin düzgünlüyünün yoxlanılması və ay bağlantısının verilməsində şöbə rəhbərinə dəstəyin göstərilməsi
- Şöbə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
- Maliyyə təhlili və büdcələşdirmə üzrə minimum 1 il iş təcrübəsi
- MS ofis proqramları (xüsusilə Excel, Word) üzrə yüksək səviyyyədə işləmə bacarığı
- 1C 8.3 versiya, Mikro və ya Logo proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşünmə və problem həll etmə bacarığı
- ACCA FA, ACCA MA və ya digər beynəlxalq sertifikatlar (üstünlükdür)
- İstehsalat sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Aparıcı Maliyyə mütəxəssisi” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.