İşin təsviri
“Nur Collection” MMC “Kameralara nəzarət üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 6 günlük iş həftəsi (6-ci gün qısa iş)
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 – 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)
Əsas Vəzifələr:
- Kamera sistemlərinin iş prinsiplərini, parametrlərini və kamera baxış və analiz etmə sistemini yaxşı bilməlidir. (1-3 il iş təcrübəsi)
- İstehsalat sahəsində təhlükəsizlik və keyfiyyət nəzarəti üçün görüntülərin necə analiz ediləcəyini bilməlidir.
- Mağaza daxilində müştəri davranışlarını və satış proseslərini müşahidə edərkən düzgün qiymətləndirmə bacarığına sahib olmalıdır.
- Şübhəli vəziyyətləri, qayda pozuntularını və riskləri vaxtında müəyyən edə bilməlidir.
- Kamera görüntülərinin saxlanması, arxivləşdirilməsi və lazım olduqda geri dönüşün təmin edilməsi barədə biliklərə sahib olmalıdır.
- İşıqlandırma, rakurs və görüntü keyfiyyətini optimallaşdırma kimi texniki tənzimləmələri bilməlidir.
- Məxfilik və şəxsi məlumatların qorunması ilə bağlı hüquqi qaydalara riayət etməlidir.
- İstehsalat xəttində məhsul axınını, işçi fəaliyyətini və proseslərin düzgünlüyünü dəqiq izləyə bilməlidir.
- Problem yarandıqda kamera və nəzarət sistemlərində ilkin diaqnostika aparma bacarığı olmalıdır.
- Mağaza və istehsalda baş verən uyğunsuzluqlar haqqında rəhbərliyinə aydın, qısa və dəqiq hesabatlar təqdim etməyi bacarmalıdır.
Namizədə tələblər:
- Orta/Ali təhsil
- Müvafik sahə üzrə minimum 3 il iş təcrübəsi
- Video arxiv axtarışı və görüntü çıxarma bacarığı;
- Problemləri operativ çözmək və məsuliyyətli olmaq;
- Komandada və təkbaşına işləmə qabiliyyəti;
- Təhlükəsizlik və nəzarət sahəsində çalışmış namizədlərə üstünlük verilir;
- Diqqətli, məsuliyyətli və operativ olmaq.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Kameralara nəzarət üzrə mütəxəssis” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.