Proqramçı Mütəxəssis (Mid – Level)

İşin təsviri

  • Mövcud ERP və digər daxili proqram təminatlarının davamlı inkişafını və təkmilləşdirilməsini təmin etmək;
  • Biznes ehtiyaclarına uyğun yeni modulların və funksionallıqların hazırlanmasını həyata keçirmək;
  • Proqram təminatında yaranan texniki xətaları araşdırmaq, səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Biznes tələblərinə uyğun proqram həlləri hazırlamaq və tətbiq etmək;
  • API-lərin hazırlanmasını, sistemlərarası inteqrasiyaların qurulmasını və mövcud inteqrasiyaların dəstəklənməsini təmin etmək;
  • SQL sorğularını, saxlanılan prosedurları və digər verilənlər bazası obyektlərini hazırlamaq və optimallaşdırmaq;
  • Mövcud proqram kodlarını təhlil etmək, performansını optimallaşdırmaq və kod keyfiyyətini artırmaq;
  • Test və istehsal mühitlərində proqram təminatının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
  • Proqram təminatı üzrə texniki sənədləri hazırlamaq və yeniləmək;
  • Biznes analitikləri, QA mütəxəssisləri və digər İT komandaları ilə əməkdaşlıq edərək layihələrin icrasını təmin etmək.

İş qrafiki:

5 günlük

09:00-18:00

Tələblər

Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )

Təcrübə: Minimum 2-3 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)

Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;

Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;

Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;

REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;

Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;

Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;

Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;

Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;

Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.