İşin təsviri
- Məlumatların təhlili: Müştəri davranışlarını, alış-veriş vərdişlərini və həyat dövrünü (Customer Lifecycle) analiz etmək, əsaslı nəticələr çıxarmaq.
- Seqmentasiya və hədəfləmə: Müştəri bazasını müxtəlif meyarlara görə seqmentlərə ayırmaq və marketinq komandasına hədəfli kampaniyalar üçün tövsiyələr vermək.
- Kampaniya qiymətləndirilməsi: E-poçt, SMS, push-bildiriş və digər birbaşa marketinq kampaniyalarının effektivliyini (ROI, Conversion Rate, Retention/Churn) ölçmək və hesabatlar hazırlamaq.
- Hesabatlılıq və idarəetmə panelləri (Dashboards): CRM üzrə əsas performans göstəricilərini (KPI) izləmək, rəhbərlik və maraqlı tərəflər üçün dövri hesabatları yaratmaq.
- Məlumatların təmizliyi: CRM sistemindəki məlumatların düzgünlüyünü, bütövlüyünü və vaxtında yenilənməsini təmin etmək.
- Hesabatlarının yaradılması: Kampaniyaların hesabatlarının yaradılması.
İş qrafiki:
5 günlük , 09:00-18:00
Tələblər
Təhsil: Ali (Riyaziyyat, Statistika, İqtisadiyyat, Analitika, Kompüter Elmləri və ya əlaqədar sahələr üzrə)
İş təcrübəsi: Marketinq analitikası, məlumatların təhlili və ya CRM sahəsində rəhbər vəzifədə minimum 3 il təcrübə.(Pərakəndə satış (Retail) və ya FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir.)
Texniki bacarıqlar:
Excel (qabaqcıl səviyyədə – düsturlar, pivot cədvəllər).
Power BI, və ya digər vizualizasiya alətləri ilə işləmə bacarığı.
Sistem bilikləri: Hər hansı CRM platforması (məsələn, Salesforce, Microsoft Dynamics, Hubspot və ya daxili CRM sistemləri) ilə tanışlıq.
Analitik düşüncə: Böyük həcmdə məlumatı strukturlaşdırmaq və biznes qərarları üçün təkliflərə çevirmək bacarığı.
Effektiv kommunikasiya bacarığı, qərarvermə və problem həll etmə bacarığı, planlaşdırma və prioritetlərin müəyyən edilməsi bacarığı