Məzmuna keçin
Park Cinema yerləşdirilib

PR və SMM Meneceri

Maaş
1 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

PR istiqaməti:

Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi;

Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi;

Media nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması;

Mətbuat açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması;

Yeni filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının hazırlanması və icrası;

Reklam və kommunikasiya kampaniyalarının təşkili;

Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;

Media və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə olunması.

SMM istiqaməti:

Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər platformalar) idarə olunması;

Aylıq və həftəlik kontent planlarının hazırlanması və icrası;

Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması;

Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin hazırlanmasının təşkili;

Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;

Reels, Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması;

Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması;

Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;

İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;

SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.

Tələblər

  • PR, SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi
  • Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər
  • Kreativ düşünmə və kontent ideyaları yaratmaq bacarığı
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı
  • Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı
  • Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı
  • Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq

Üstünlük hesab olunur

  • Rus və ingilis dillərini bilmək arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →