Məzmuna keçin
Aztelekom yerləşdirilib

Kopirayter/Kontent yaradıcısı

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent strategiyalarının hazırlanması və həyata keçirilməsi;

Veb-sayt, bloq, sosial media, video və digər rəqəmsal platformalar üçün kreativ və cəlbedici məzmunun hazırlanması;

Reklam mətnlərinin və sloqanların yazılması, redaktə edilməsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;

SEO tələblərinə uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;

Şirkətin veb-saytının mövcud kontentinin təhlil edilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

Kontentin vizual və məzmun baxımından effektivliyini təmin etmək məqsədilə dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;

Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil edilməsi;

Kontent təqviminin (Content Calendar) hazırlanması və mütəmadi idarə olunması, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;

Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənilməsi, onların kontent proseslərinə tətbiqi;

Hazırlanan məzmunun Azərbaycan dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.

Tələblər

  • Ali təhsil
  • Kopiraytinq, kontent yaradılması və ya rəqəmsal marketinq sahəsində (korporativ mühitdə və ya reklam agentliyində) minimum 3 il iş təcrübəsi
  • CMS platformaları ilə işləmək bacarığı
  • Microsoft Office proqramları və SEO alətləri (Semrush və s.) ilə işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət bacarığı
  • İngilis dili – əla, rus dili – yaxşı səviyyədə
  • Süni intellekt alətlərindən kontent yaradılması və optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı
  • Güclü yazılı kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları
  • Analitik düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı
  • Komanda ilə işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı

Üstünlük hesab olunur

  • Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →