Vakansiya haqqında
Şirkətimizin marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi;
Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi;
Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması;
Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi;
Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası;
Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi;
Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
İş şəraiti:
İş yeri: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
İş qrafiki: 09:00–18:00
İş həftəsi: 5 günlük
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi
- Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə
- Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər
- Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər
- Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı
- Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı
- Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük
- Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı
Üstünlük hesab olunur
- FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür
Oxşar elanlar
- MARKETİNQ ÜZRƏ MÜTƏXƏSSİS/Marketing SpecialistNexBirlik İnnovation Azerbaijan · Dünən
- Kopirayter/Kontent yaradıcısıAztelekom · Dünən
- Marketinq üzrə menecerBalique 2023 Ltd MMC · 2 gün əvvəl
- Müştəri sorğuları arxa ofis şöbəsinin Əməliyyatların araşdırılması və icrası qrupunun Kiçik mütəxəssisiPasha Bank · 2 gün əvvəl
- Brend meneceriAEM Elektron · 3 gün əvvəl
- Brand Activation & Partnerships SpecialistApar (Bike Sharing Startup) · 3 gün əvvəl