Məzmuna keçin
AEM Elektron yerləşdirilib

Brend meneceri

Şəhər
Bakı

Vakansiya haqqında

Beynəlxalq brendlərlə işləmək, ezamiyyətlərə getmək və real biznes proseslərinin içində olmaq istəyirsiniz?

İT və təhlükəsizlik texnologiyaları sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün əla fürsət!

Biz Brend meneceri axtarırıq.

Vəzifənin məqsədi

Brend meneceri şirkətin brend portfelinə daxil olan beynəlxalq və yerli brendlərin strateji idarə olunması, bazarda mövqeləndirilməsi və inkişafına cavabdeh olacaqdır.

Vəzifə aktiv kommunikasiya, təqdimatların keçirilməsi və beynəlxalq tərəfdaşlarla birbaşa işləməyi nəzərdə tutduğundan, xarici dilləri yüksək səviyyədə bilmək mütləq tələbdir.

Əsas vəzifə öhdəlikləri

Brendlər üzrə qısamüddətli və uzunmüddətli strateji planların hazırlanması və icrası

Brendlərin bazarda mövqeləndirilməsi və kommunikasiya strategiyasının formalaşdırılması

Beynəlxalq istehsalçılar və tərəfdaşlarla ingilis dilində aktiv yazışmaların və görüşlərin aparılması

Yeni məhsulların bazara çıxarılması və təqdimatların hazırlanması

Marketinq kampaniyalarının planlaşdırılması və icrasına nəzarət

Satış şöbəsi ilə koordinasiyalı fəaliyyətin təşkili

Bazar və rəqib analizlərinin aparılması

Brendlər üzrə hesabat və təqdimat materiallarının hazırlanması

Biz təklif edirik

Beynəlxalq brendlərlə birbaşa işləmək imkanı

Stabil və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi

Peşəkar inkişaf və real qərarvermə proseslərində iştirak

Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiyaedici iş mühiti

Şəhər mərkəzində ofis + 5 günlük iş qrafiki

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Brend meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Marketinq, biznesin idarə olunması, İT və ya əlaqəli ixtisas üzrə ali təhsil
  • Brend menecmenti və ya marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi
  • Analitik və strateji düşüncə qabiliyyəti
  • Güclü təqdimat, yazılı və şifahi kommunikasiya bacarıqları
  • Azərbaycan dili — sərbəst
  • İngilis dili — yüksək səviyyədə (yazılı və şifahi)
  • Rus dili — yüksək səviyyədə (yazılı və şifahi)

Üstünlük hesab olunur

  • Texnologiya və İT məhsulları sahəsinə maraq və ya təcrübə üstünlük hesab olunur

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →