Məzmuna keçin
Pasha Malls yerləşdirilib

Məlumat xidmətləri üzrə assistent (Maternity cover)

Şəhər
Bakı

Vakansiya haqqında

Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək;

Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;

Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək;

Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq;

Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq;

Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək;

Qonaqların şikayətlərini həll etmək;

Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq;

Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək;

Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək;

Daxili şöbələrlə təmasda olmaq;

Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək;

Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.).

Tələblər

  • Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığı
  • Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı
  • Güclü iş etikası
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq
  • MS Office proqramları ilə işləyə bilmək
  • Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları
  • Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı
  • Detallara diqqət və problemləri həll etmək bacarığı
  • Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı
  • Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları
  • İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →