İşin təsviri
PAŞA Property Management şirkəti Satınalma üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!
Proqram çərçivəsində nələr əldə edəcəksən?
- Təcrübəli mentorların dəstəyi;
- Real layihələr üzərində iş;
- Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.
Vəzifə öhdəlikləri:
- Digər satınalma işçilərinin nəzarəti altında sənədləşmə işlərinin aparılması;
- Açıq sifarişlərin izlənilməsi;
- Hazır format əsasında hesabatların təqdim olunması.
Tələblər
Proqramda iştirak şərtləri:
- Ali təhsil pilləsinin sonuncu kurs tələbələri və ya 2025 və 2026-ci il məzunları;
- İngilis dili biliyi əla, rus dili biliyi arzuolunandır;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, inkişafa və öyrənməyə açıq, nizam-intizamlı olmaq.