Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkət üzrə SƏTƏM sənədləşmə proseslərinin təşkil edilməsi, aparılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
Təlimatların və təlimlərin keçirilməsinin təşkil edilməsi;
SƏTƏM üzrə daxili prosedurların, təlimatların, qaydaların və digər normativ sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
SƏTƏM rəhbərliyi tərəfindən verilən gündəlik və dövri tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək;
Layihələr və struktur bölmələr üzrə SƏTƏM fəaliyyətlərinin koordinasiyasında iştirak etmək;
Layihələrdən daxil olan SƏTƏM hesabatlarının, yoxlama aktlarının və digər sənədlərin toplanmasını, yoxlanılmasını və sistemləşdirilməsini təmin etmək;
SƏTƏM üzrə həftəlik, aylıq və illik hesabatların, statistik məlumatların və təqdimatların hazırlanması;
Risklərin qiymətləndirilməsi, JSA/JHA, Method Statement, Planların və digər təhlükəsizlik sənədlərinin yoxlanılmasında iştirak etmək;
SƏTƏM üzrə müəyyən edilmiş tədbirlər planlarının, tapşırıqların və düzəldici fəaliyyətlərin icra vəziyyətini izləmək;
SƏTƏM üzrə təlimlərin, sertifikatların və işçilərin müvafiq sənədlərinin uçotunun aparılmasını və etibarlılıq müddətlərinə nəzarəti təmin etmək;
Daxili və xarici SƏTƏM auditlərinə hazırlıq prosesində iştirak etmək, tələb olunan sənədləri hazırlamaq;
SƏTƏM üzrə iclasların təşkili, iclas protokollarının hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənilməsi;
SƏTƏM sənədlərinin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
Podratçı və subpodratçı şirkətlərdən tələb olunan SƏTƏM sənədlərinin toplanması və uyğunluğunun yoxlanılmasında təmin etmək;
Qanunvericiliyin, şirkətin daxili SƏTƏM prosedurlarının və tətbiq olunan standartların tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
Layihələrə səfərlər edərək SƏTƏM fəaliyyətlərinin yoxlanılmasında iştirak etmək.
Tələblər:
Tələblər
- Ali təhsil
- SƏTƏM / HSE sahəsində minimum 3 il iş təcrübəsi
- FHN tərəfindən verilmiş müvafiq Şəhadətnamə və vəsiqəsinin olması
- IOSH, ISO45001, ISO14001 sertifikatının olması
- Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə qanunvericilik tələblərini bilmək
- SƏTƏM prosedurları, təlimatlar, risk qiymətləndirmələri və hesabatların hazırlanması üzrə praktiki biliklər
- MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint-də sərbəst işləmək bacarığı
- Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Analitik düşünmə, məlumatları sistemləşdirmə və hesabat hazırlama bacarığı
- Məsuliyyətli, diqqətli, intizamlı və komanda ilə işləmək bacarığına malik olmaq
Üstünlük hesab olunur
- Texniki, mühəndislik və ya aidiyyatı təhsil üstünlükdür
- Tikinti sektorunda iş təcrübəsi üstünlükdür
- NEBOSH IGC sertifikatının olması üstünlükdür
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · Dünən
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · Dünən
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · Dünən
- Project HSE CoordinatorIRES · Dünən
- Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssisTuranBank ASC · Dünən
- Shift Leader – Petroleum LaboratoryIRES · Dünən