Məzmuna keçin
PASHA Real Estate Group yerləşdirilib

Mexanika Mühəndisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Tikinti sahəsində mexaniki işlərə təsdiqlənmiş çertyojlar, texniki spesifikasiyalar və layihə qrafikinə uyğun olaraq nəzarət etmək və monitorinq aparmaq.

HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin düzgün quraşdırılmasını təmin etmək.

Gündəlik mexaniki işləri layihələndirmə, fit-out, mülki tikinti, elektrik və digər MEP sahələri ilə koordinasiya etmək.

Təsdiqlənmiş shop drawing-ləri, metod bəyanatlarını (method statement) və material submittal-larını nəzərdən keçirmək və onlara uyğun işləmək.

Görülən işlərin keyfiyyətinə nəzarət etmək və uyğunsuzluqları bildirmək.

Mexaniki işlərlə bağlı gündəlik və həftəlik sahə hesabatlarının hazırlanmasına dəstək vermək.

Yoxlama, test və istismara vermə (commissioning) proseslərində iştirak etmək.

Sahə üzrə RFI-lərə cavab vermək və nəzarət altında texniki izahatlar təqdim etmək.

Əməyin mühafizəsi və təhlükəsizlik (HSE) tələblərinə, eləcə də təhlükəsiz iş qaydalarına riayət olunmasını təmin etmək.

Təyin edilmiş işlərin icrası üçün subpodratçılar və briqadirlərlə koordinasiya aparmaq.

Snagging, qüsurların aradan qaldırılması və yekun təhvil proseslərinə dəstək göstərmək.

Tələblər

  • Mexanika Mühəndisliyi üzrə bakalavr dərəcəsi
  • HVAC, santexnika və yanğınsöndürmə sistemlərinin sahədə icrası
  • Mexaniki çertyoj və texniki spesifikasiyaların oxunması və şərh edilməsi
  • Sahə əsaslı mexanika mühəndisliyi vəzifələrində minimum 3–5 il iş təcrübəsi
  • Tikinti layihələri üzrə təcrübə mütləqdir
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dili biliyi tələb olunur
  • Mexaniki sistemlər, materiallar və tikinti metodları üzrə güclü bilik
  • Yüksək səviyyədə koordinasiya və ünsiyyət bacarıqları
  • Mexaniki çertyojları və texniki sənədləri oxumaq və şərh etmək bacarığı
  • Detallara diqqət və keyfiyyətə sadiqlik
  • Punktuallıq, məsuliyyət və layihə müddətlərinə riayət etmək bacarığı
  • Təhlükəsizlik prosedurlarına riayət etmək və dinamik tikinti mühitində işləməyə hazır olmaq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →