İşin təsviri
- Layihələrin ilkin mərhələlərində araşdırmalar aparmaq, sahəni və mövcud tikilini təhlil etmək, ilkin memarlıq yanaşmasının formalaşdırılmasını təmin etmək;
- Bərpa və konservasiya layihələri üzrə mövcud tikilinin tarixi inkişafını, memarlıq xüsusiyyətlərini, mövcud vəziyyətini, material və elementlərini araşdırmaq və layihələndirmə prosesində nəzərə almaq;
- Mövcud memarlıq elementlərinin qorunması, bərpası, konservasiyası, dəyişdirilməsi və ya yenidən qurulması üzrə həllərin hazırlanmasında iştirak etmək və müvafiq təkliflər vermək;
- ·Bərpa və konservasiya həllərinin mövcud binanın memarlıq xüsusiyyətlərinə, tətbiq olunan materiallara, texnologiyalara və layihə tələblərinə uyğunluğunu yoxlamaq;
- Layihələndirmə məlumatlarını qəbul etmək və təhlil etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmə məlumatlarını estetik, funksional və texniki tələblərə, mövcud tikilinin xüsusiyyətlərinə və ətraf mühitə uyğunluğu baxımından yoxlamaq və layihəçiləri müvafiq tələblərə istiqamətləndirmək;
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də layihə üzrə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Bərpa və konservasiya üzrə tətbiq olunan müvafiq normativ tələblərin və layihə prinsiplərinin layihə sənədlərində nəzərə alınmasını təmin etmək;
- Layihə rəhbərinin komandasının üzvü kimi layihəyə cəlb edilmiş memarlar, mühəndislər, layihəçi təşkilatlar, məsləhətçilər, bərpa və konservasiya üzrə mütəxəssislər və digər maraqlı tərəflərlə koordinasiyalı fəaliyyət göstərmək;
- Layihələndirmə müddətləri üzrə müvafiq tövsiyələr vermək və İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayaraq müvafiq texniki rəy vermək;
- Bərpa və konservasiya işlərində istifadə olunması nəzərdə tutulan material, nümunə və texniki həlləri memarlıq tələbləri baxımından nəzərdən keçirmək və rəy vermək;
- Tikinti mərhələsində mövcud vəziyyət və ya əvvəlcədən müəyyən edilməmiş şərait nəticəsində yaranan memarlıq məsələlərini təhlil etmək və müvafiq həllərin hazırlanmasını koordinasiya etmək;
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, eləcə də tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi və arxivləşdirilməsinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.
Tələblər
- Ali təhsil: Memarlıq ixtisası üzrə;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi, o cümlədən bərpa və konservasiya layihələri üzrə praktiki iş təcrübəsi;
- Tarixi və mövcud binaların bərpası, konservasiyası və adaptasiyası prinsipləri üzrə bilik və praktiki təcrübə;
- Tarixi tikililərdə istifadə olunan materiallar, tikinti üsulları, memarlıq elementləri və onların bərpa metodları barədə biliklər;
- Mövcud tikililərin vəziyyətinin təhlili, qorunmalı elementlərin müəyyən edilməsi və uyğun bərpa həllərinin hazırlanması üzrə təcrübə;
- Bərpa və konservasiya layihələrinin sənədləşdirilməsi və tikinti mərhələsində tətbiqi üzrə təcrübə;
- Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, NFPA və layihəyə tətbiq olunan digər müvafiq standartlar;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq .