İşin təsviri
- Layihələrin ilkin mərhələsində mövcud tikilinin konstruktiv vəziyyətini araşdırmaq, təhlil etmək və ilkin konstruktiv yanaşmanın formalaşdırılmasında iştirak etmək;
- Bərpa və konservasiya layihələrində mövcud konstruksiyaların vəziyyətini, istifadə olunan materialları və konstruktiv xüsusiyyətləri araşdırmaq və layihələndirmədə nəzərə almaq;
- Mövcud konstruktiv elementlərin qorunması, bərpası, təmiri, gücləndirilməsi və zəruri hallarda yenidən qurulması üzrə konstruktiv həllərin hazırlanmasında iştirak etmək;
- Hazırlanmış konstruktiv və bərpa həllərinin mövcud tikilinin xüsusiyyətlərinə, normativ tələblərə və layihə prinsiplərinə uyğunluğunu yoxlamaq;
- Layihələndirmə məlumatlarını qəbul etmək və təhlil etmək, konstruktiv məsələlər üzrə rəhbərliyə müvafiq tövsiyə və hesabatlar təqdim etmək;
- Konstruktiv layihə sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinə, tikinti norma və standartlarına və layihə üzrə müəyyən edilmiş beynəlxalq standartlara uyğun hazırlanmasını təmin etmək;
- Layihə rəhbəri, memarlar, mühəndislər, layihəçi təşkilatlar, məsləhətçilər və podratçılarla konstruktiv məsələlər üzrə koordinasiyalı fəaliyyət göstərmək;
- Layihələndirmə müddətlərinin və iş qrafikinin konstruktiv iş həcmlərinə uyğunluğunu yoxlamaq və müvafiq təkliflər vermək;
- Layihənin tender prosesinə texniki dəstək göstərmək, konstruktiv spesifikasiyaları və iş həcmlərini yoxlamaq və texniki rəy vermək;
- Bərpa və gücləndirmə işlərində istifadə olunacaq material, nümunə və texniki həlləri konstruktiv baxımdan nəzərdən keçirmək və rəy vermək;
- Tikinti mərhələsində aşkar olunan konstruktiv problemləri və əvvəlcədən müəyyən edilməmiş şəraiti təhlil etmək, müvafiq həllərin hazırlanmasını koordinasiya etmək;
- Tikinti və təhvil-təslim proseslərində iştirak etmək, görülmüş konstruktiv işlərin layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və konstruktiv həllərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Konstruktiv layihə sənədlərinin hazırlanması, yoxlanılması, təsdiqi, paylanması və arxivləşdirilməsinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.
Tələblər
- Ali təhsil: İnşaat mühəndisliyi / konstruksiya ixtisası üzrə;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi, o cümlədən mövcud və tarixi tikililərin bərpası, konservasiyası və konstruktiv gücləndirilməsi layihələri üzrə praktiki iş təcrübəsi;
- Tarixi və mövcud binaların konstruktiv sistemlərinin qiymətləndirilməsi, bərpası, konservasiyası və gücləndirilməsi prinsipləri üzrə bilik və praktiki təcrübə;
- Tarixi tikililərdə istifadə olunan daş, kərpic, ağac, metal, beton və dəmir-beton konstruksiyaların xüsusiyyətləri, tikinti üsulları, konstruktiv elementləri və onların bərpa və gücləndirmə metodları barədə biliklər;
- Mövcud tikililərin texniki və konstruktiv vəziyyətinin qiymətləndirilməsi, zədələnmiş və qorunmalı konstruktiv elementlərin müəyyən edilməsi, çatların, deformasiyaların və digər qüsurların təhlili üzrə təcrübə;
- Mövcud konstruksiyaların daşıma qabiliyyətinin qiymətləndirilməsi, konstruktiv hesablamaların aparılması və zəruri hallarda bərpa, təmir və gücləndirmə həllərinin hazırlanması üzrə praktiki təcrübə;
- Tarixi konstruksiyaların ilkin memarlıq və konstruktiv xüsusiyyətlərinin qorunması şərtilə müasir konstruktiv həllərin hazırlanması və mövcud sistemlərlə uyğunlaşdırılması üzrə biliklər;
- Bərpa və konservasiya layihələrinin konstruktiv hissəsinin hazırlanması, konstruktiv çertyojların, hesabatların, texniki rəylərin və işçi sənədlərin hazırlanması və tikinti mərhələsində tətbiqi üzrə təcrübə;
- Tarixi və mövcud tikililərdə konstruktiv elementlərin bərpası və gücləndirilməsi üçün uyğun material və texnologiyaların seçilməsi üzrə biliklər;
- Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, SP, Eurocode və layihəyə tətbiq olunan digər müvafiq standartlar;
- Konstruktiv hesablamalar və modelləşdirmə proqramları üzrə biliklər: ETABS, SAP2000, LIRA-SAPR, AutoCAD və digər müvafiq proqramlar;
- Bərpa və konservasiya layihələrində memar, restavrator, geoloq, podratçı və digər mütəxəssislərlə koordinasiyalı işləmək bacarığı;
- Mövcud tikililərin yerində texniki baxışlarının keçirilməsi, ölçülərin və konstruktiv vəziyyətin sənədləşdirilməsi, texniki hesabat və rəy hazırlanması üzrə təcrübə;
- Yüksək ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı, detallara diqqət və daim peşəkar inkişafa yönümlü olmaq.