Müqavilələr üzrə kiçik mütəxəssis

İşin təsviri

Təsvir

  • Müqavilələrin,müqaviləyə əlavə və dəyişikliklərin hazırlanması, bölmələrin toplanmasını təmin etmək və sənədlərin tələb olunan formada imzaya təqdim etmək;
  • Layihə çərçivəsində Layihə rəhbərinin (və ya Müqavilələr üzrə rəhbərin) tələbi ilə məktubların, bildirişlərin hazırlanmasını təmin etmək, Layihə rəhbərinə (və ya Müqavilələr üzrə rəhbərə) bu barədə məruzə etmək;
  • Müqavilələr üzrə tələb olunan bank qarantiya məktublarının və digər təminatların qüvvədə olma müddətlərini izləmək və müddətlərin başa çatmasına dair aidiyyəti rəhbər şəxsləri vaxtında məlumatlandırmaq, zəruri olduğu təqdirdə məktubların yenilənməsini təmin etmək;
  • Göndərilən və ya qəbul edilən sənədlərin qeydiyyatının aparılmasına nəzarət etmək;
  • Tender paketinin formalaşdırılması zamanı müvafiq müqavilə nümunələrinin və bölmələrini təqdim edilməsini təmin etmək;
  • Qarşı firmalar ilə bağlanmış müqavilə şərtlərinə qarşı tərəf riayət etməzsə cərimə və digər təminat tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Müqavilələr üzrə rəhbərin təlimatı əsasında tələb olunan müvafiq hesabatların təqdim edilməsini təmin etmək;
  • Müqavillər üzrə rəhbər tərəfindən Müqavilə inzibatçılığı üzrə verilən təlimatları icra etmək.

Tələblər

  • Ali təhsil: İqtisadiyyat,hüquq,biznesin idarə edilməsi və ya müvafiq digər sahələr üzrə;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilisi dili – yaxşı; Rus dili – danışıq səviyyəsi;
  • Komputer bilikləri: MS Office proqramları;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.